Azad olunmuş ərazilərdə 210 mina zərərsizləşdirildi – FOTOLAR

Azad olunmuş ərazilərdə 210 mina zərərsizləşdirildi – FOTOLAR

Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin pirotexniklərdən ibarət qrupu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatını davam etdirir.

Turkustan.info xəbər verir ki, FHN-nin mətbuat xidmətindən verilən məlumata görə, birgə fəaliyyət nəticəsində yanvar ayının 19-dək ümumilikdə 5 hektardan artıq sahədə axtarış işləri aparılıb.

Bu müddət ərzində 210 ədəd mina və 2 ədəd partlamamış sursat aşkar olunaraq müvafiq qaydada zərərsizləşdirilib. Minalardan 174 ədədi piyada əleyhinə, 36 ədədi isə tank əleyhinə olan minalardır.

Azad olunmuş ərazilərdə 210 mina zərərsizləşdirildi -FOTO

Azad olunmuş ərazilərdə 210 mina zərərsizləşdirildi -FOTO

Azad olunmuş ərazilərdə 210 mina zərərsizləşdirildi -FOTO

/konkret.az/

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al