Peyvənd olunanlar ilk 3 gündə nə hiss edir?

Peyvənd olunanlar ilk 3 gündə nə hiss edir?

Bu vaxta kimi koronavirus peyvəndi olunmuş rusiyalı vətəndaşlar arasında sorğu keçirilib. Onlar peyvənddən sonra nələr hiss etdiklərini, bədənlərində hansı reaksiya getdiyini açıqlayıblar.

Turkustan.info Medicina.az-a istinadən xəbər verir ki, artıq Rusiyada müxtəlif yaş qruplarından minlərlə şəxs peyvənd olunub. Rusiyada daha çox milli peyvəndlər “EpiVakKorona” və “Sputnik V” tətbiq edilir.

Həkimlər bildirir ki, peyvənd olunanların hamısında mütləq nəsə baş verməlidir kimi məsələ yoxdur. Hər orqanizm fərqlidir.

Peyvənd olunanlar daha çox bu simptomları qeyd ediblər:

ilk 3 gündə – 37,5 dərəcəyə kimi hərarət, titrəmə, iynə yerində ağrı, şişkinlik, baş ağrısı, ürəkbulanma, ayaqlarda, qollarda uyuşma, zəiflik, bir qədər panika.

Simptomlar 5-7 günə kimi çəkə bilər.

Həkimlər hərarətin yalnız 38 dərəcəyə çatdıqda salınmasını bildirir.

Ümumiyyətlə, peyvənddən sonra qızdırma 38-dərəcəyə çatarsa, bu şəxs mütləq poliklinikaya müraciət etməlidir.

İynədən dərhal sonra da qızdırmanın 38-dərəcəyə çatdığı kimi hallar olub.

Maraqlısı budur ki, peyvənd olunanların çoxu ikinci dozada iynə vurulan zaman və sonra birinciyə nisbətən daha çox ağrı hiss ediblər.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al