Ərdoğan və İmran Xanın ŞOK PLANI: “Yeni hərbi birliklər…” – Müsahibə+VİDEO

Ərdoğan və İmran Xanın ŞOK PLANI: “Yeni hərbi birliklər…” – Müsahibə+VİDEO

“Pakistan həm beynəlxalq tribunalarda Azərbaycanın mövqeyini müdafiə edir, həm də yaxın günlərdə Türkiyə, Pakistan və Azərbaycan xarici işlər nazirləri arasında hərbi-siyasi xarakterli saziş imzalandı. Bu saziş gələcəkdə üçtərəfli ittifaqın və ya Turan Ordusunun qurulmasının əsasını təşkil edə bilər. Hətta İmran Xan dəfələrlə verdiyi açıqlama artıq Turan Ordusunun mövcud olduğunu bildirib. Ərdoğan da bu sözləri tez-tez səsləndirir”.

Turkustan.info Politoloq Qabil Hüseynlinin Teleqraf.com-a müsahibəsini təqdim edir:

– Rusiya Xarici işlər naziri Sergey Lavrov verdiyi açıqlamada “Dağlıq Qarabağın statusu” məsələsindən danışıb, bildirib ki, bu, gələcəkdə həll olunmalıdır. Üçtərəfli bəyannamə imzalandıqdan sonra bu məsələ demək olar ki, Rusiyanın gündəmindən düşmür, Azərbaycan prezidenti isə statusun olmayacağını bildirib. Rusiya niyə bunu təkidlə gündəmdə saxlayır?

– Rusiya bu məsələni müxtəlif səviyyələrdə gündəmdə saxlayır. Gah Federasiya Şurasının sədri deyir ki, status müəyyən edilməlidr, gah da Dumanın qanunvericilik komitəsinin rəhbəri bu haqda danışır. İndi isə Lavrov gah nala, gah da mıxa vura-vura, ehtiyatla bunu dilə gətirdi.

ATƏT-in Minsk Qrupuna daxil olan Fransa və ABŞ da bu məsələdə Rusiya ilə həmrəydir. Birgə hazırlanmış strategiya və taktikanı həyata keçirirlərmiş kimi görünürlər. Əlbəttə, Lavrovun fikirləri 10 noyabr tarixli bəyanatın ruhuna uyğun gəlmir. Çünki həmin anlaşmada status məsələsindən söz açılmır. Sonrakı proseslərdə də status məsələsi nəzərə çarpmır. Əvvəl Fransa, indi də Rusiya bunu hallandırmağa başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev qəti şəkildə dövlətimizin mövqeyini açıqlayıb, bildirib ki, status məsələsi tarixin arxivinə göndərilib. Prezident 10 noyabr tarixli bəyannamənin imzalanmasından sonra da qeyd etdi ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Türkiyə Azərbaycanın bu mövqeyində dayanır. Türkiyə bu məsələdə özü üçün “qırmızı xətt” müəyyən edib.

Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi Türkiyənin “qırımızı xətt”idir. Ərdoğan xüsusi ilə vurğuladı ki, bundan kənara çıxan olsa, atamın oğlu da olsa, gözünün yaşına baxmayacağam. Yəni bu, Türkiyənin prinsipial mövqeyidir.

Türkiyə bölgədə söz sahibi olan bir dövlətdir. Qarşıdakı mərhələlərdə status məsələsini qabartsalar, bölgədə yeni münaqişə ocağı yarana bilər. Bunun işarələrini Türkiyə prezidenti və xarici işlər naziri də verir. Bu səbəbdən də, Lavrov və ya digər bir şəxs status məsələsindən danışanda, konkret cavablarını alırlar.

Putin də son açıqlamalarından birində dedi ki, Türkiyə ilə Qarabağ məsələsində fikir ayrılıqları var, amma ortaq məxrəcə gəlinə bilər. Görünən budur ki, Putin perspektivdə baş verə biləcək gəlişmələri nəzərə alaraq, belə sakitləşdirici açıqlamalar verir. Hər halda xristian dövlətləri bu məsələni qabardaraq, yenidən gündəmə gətirmək və bölgəni çalxalamaq istəyirlər.

Amma bundan bir şey çıxmayacaq. Çünki Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, bundan sonrakı müzakirələr yalnız kağız üzərində qalacaq.

– Bəs Moskva Ankara faktorunu nəzərə alırmı, yəni Türkiyə bölgədə Rusiyanın hesablaşdığı gücə çevrilə bilibmi?

– Moskvadan verilən açıqlamalardan gəldiyim qənaət budur ki, Rusiya həm hərbi gücünə görə Türkiyədən ehtiyat edir, həm də onunla münasibətlərini qorumağa çalışır. Rusiyanın bir çox iqtisadi məsələlərdə Türkiyə ilə işbirliyi var, Moskva bundan böyük gəlirlər götürür. Məsələn, bu günlərdə Türkiyə üzərindən Avropaya qaz nəql edən boru-kəməri işə düşüb. Bu, Türkiyənin əsas ixrac qaz kəmərlərindən birinə çevrilə bilər. Üstəgəl, “S-400”-lərin bütün partiyalarının satışı bitməyib.

Qarşıda daha üç partiyanın Türkiyəyə göndərilməsi məsələsinin həlli var, bu da Rusiya üçün böyük məbləğdə pul deməkdir. Eyni zamanda, Rusiya Türkiyədə atom elektrik stansiyası (Akkuyu AES) inşa edir. Bundan başqa, tərəflər arasında böyük ticarət əlaqələri var.

İndi bu əlaqələri tapdalayıb o biri tərəfə keçmək o qədər də asan deyil. Ən başlıcası, hərbi konflikt yaranarsa, Rusiyanın məğlub olacağı göz qabağındadır. Suriya və Liviyada baş verən son proseslər bunu təsdiq edir. ABŞ-ın təzyiqlərinin artdığı bir vaxtda Rusiya Türkiyə ilə qarşıdurmaya getməz. Yəni uduzacağı savaşa girməz. Rusiya bununla beynəlxalq nüfuzuna ciddi zərbə vura və çətinliklərlə üz-üzə qala bilər.

Hesab edirəm ki, strateqlər bunu ölçüb-biçərək Rusiya rəhbərliyinə xüsusən Cənubi Qafqazda Türkiyə ilə qarşıdurmaya getməməyi tövsiyə edirlər.

– Türkiyə bölgədəki yerini gücləndirmək üçün perspektivdə hansı addımlar ata bilər? Məsələn, son günlər yenidən Azərbaycanda hərbi bazanın qurulması məsələsi müzakirə olunmağa başlayıb.

– Azərbaycanın indiki statusu buna imkan vermir, çünki Qoşulmama Hərəkatına sədrlik edir. Artıq Türkiyənin Azərbaycanda başqa formada hərbi-siyasi iştirakı göz önündədir. Türkiyənin Naxçıvan və Azərbaycanın digər bölgələrində də mövcudluğu var. Yeni hərbi birliklər də Azərbaycana gəlməyə davam edir. Üstəgəl, bölgədə çox maraqlı geostrateji proseslər gedir. Bu prosesdə Pakistan çox fəaldır. Pakistan Qarabağ müharibəsində də Azərbaycana öz hərbi yardımını təklif etmişdi. Bu gün xahiş olunsa, Pakistan Baş naziri İmran Xan gözlərini qırpmadan Azərbaycana beş mindən çox xüsusi təyinatlı göndərə bilər. Yəni Rusiya Türkiyə ilə yanaşı, Pakistan faktorunu da mütləq nəzərə almalıdır.

Pakistan həm beynəlxalq tribunalarda Azərbaycanın mövqeyini müdafiə edir, həm də yaxın günlərdə Türkiyə, Pakistan və Azərbaycan xarici işlər nazirləri arasında hərbi-siyasi xarakterli saziş imzalandı. Bu saziş gələcəkdə üçtərəfli ittifaqın və ya Turan Ordusunun qurulmasının əsasını təşkil edə bilər. Hətta İmran Xan dəfələrlə verdiyi açıqlama artıq Turan Ordusunun mövcud olduğunu bildirib. Ərdoğan da bu sözləri tez-tez səsləndirir.

Pakistan, Azərbaycan və Türkiyədə tez-tez “bir millət, üç dövlət” şüarı gündəmə gəlir. “Bir millət, altı dövlət” anlayışı da gündəmdə müzakirə olunur. Hər halda qlobal miqyasda geostrateji dəyişikliklər gedir. Bunlardan biri də Türkiyənin bu bölgədə yürütdüyü siyasətdir.

Türkiyə atdığı addımlarla böyük güclərin maşa kimi istifadə etdikləri Ermənistan vasitəsilə qurduqları oyunun qarşısını aldı. Söhbət Azərbaycanın neft-qaz layihələrinə qarşı həyata keçirilən oyunlardan gedir. Artıq bu oyunların qarşısı alınıb. Türkiyənin başçılığı, Pakistan və digər güclərin də iştirakı ilə yeni proses inkişaf edir və fundamental problemlər öz həllini tapır. Buna görə də, belə böyük geostrateji gəlişmələrin fonunda status məsələsi gözə görünmür.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al