20 yanvar qəhrəmanlıq tarixindən Qarabağ zəfərinə doğru” mövzusunda onlayn video-konfrans

20 yanvar qəhrəmanlıq tarixindən Qarabağ zəfərinə doğru” mövzusunda onlayn video-konfrans

19 yanvarr 2021-cil il tarixində  Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə “20 yanvar qəhrəmanlıq tarixindən Qarabağ zəfərinə doğru”  mövzusunda onlayn video-konfrans keçirilmişdir.
Konfransın aparıcısı:
Faiq Ələkbərli – BAO üzvü, fəlsəfə üzrə fəlsəfə doktoru.
Məruzəçi;
Boran Əziz – Tarix elmləri namizədi. BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti
Tədbirdə BAO fəalları, itimai-siyasi xadimlər, ziyalılar, gənc nəslin nümayəndələri və b. iştirak ediblər.
Konfrasda prof. Hacı Həsənov, dosent Mübariz Ağalarlı, prof. Kənan Sezen, prof. Dilek Durak, Alpaslan Dəmir, Qurban Vahidov, dos. Alı Balayev, Eldəniz Abaslı və b. mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.
VİDEOLİNK:
Tədbirin sonunda 20 Yanvar qəhrəmanlıq salnaməsi ilə bağlı bəyanat qəbul olunmuşdur. Bəyanatın mətni aşağıdakı kimidir:

Bütöv Azərbaycan Ocaqlarının (BAO)

20 Yanvar qəhrəmanlıq salnaməsi ilə bağlı

BƏYANATI

Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq hesab edirik ki, 1990-ci il yanvarın 19-dan  20-ə keçən gecə SSRİ ordusu beynəlxalq hüquq normalarını kobudcasına pozaraq Azərbaycan xalqına qarşı böyük bir cinayət törətmişdir. Sovet Rusiyasının müstəmləkəçilik siyasətinə qarşı 70 il ərzində daima mücadilə vermiş Azərbaycan xalqını Sovet ordusu həmin gecə heç bir ciddi əsas olmadan Bakı şəhərində qətliama məruz qoymuşdur. Ancaq dünyanın ən mübariz xalqlarından biri olan Azərbaycan xalqı Sovet ordusunun bu təcavüzkar addımını  yeni bir işğal aktı  kimi  qəbul edərək düşmənə layiqli şəkildə milli dirəniş göstərmişdir. Bununla da “20 yanvar” Azərbaycan xalqının çağdaş tarixinə milli dirəniş və qəhrəmanlıq salnaməsi kimi düşmüş, həmin mübarizənin nəticəsi olaraq 1991-ci ilin avqustunda faktiki olaraq Azərbaycan Respublikası suverenliyini əldə etmiş, 18 oktyabrda isə Parlament səviyyəsində müstəqilliyinin bərpasına nail olmuşdur.   

Azərbaycan xalqının milli ruhunun təzahürü olan “20 yanvar qəhrəmanlıq salnaməsi” tarixdə elə dərin iz buraxdı ki, müstəqilliyimizin bərpasından sonra müəyyən uğurlarla yanaşı, bəzi uğursuzluqların da olması, xüsusilə də dinc sakinlərə qarşı Xocalı Soyqırımının həyata keçirilməsi, Şuşa və Laçının işğalı,  eləcə də digər mənfi tendensiyalar belə onu heç zaman yaddaşlardan silə bilmədi. Bəlkə də, əksinə, 20 yanvar imperiyaya qarşı milli müqavimət və dirəniş  hərəkatı nəticəsində milli ruhlu yeni Azərbaycan Türk gəncliyi yetişdi. Biz, BAO olaraq hesab edirik ki, Azərbaycan bayrağına, himninə və dövlətçiliyinə sadiq bir nəsil kimi yetişən Azərbaycan gəncliyi 20 yanvarda yarımçıq qalmış milli mücadiləmizi Qarabağın işğaldan azad olunması ilə xeyli dərəcədə irəli apara bildi. Artıq çağdaş Azərbaycan gəncliyi bunu yalnız 10 milyonluq Quzey Azərbaycanın deyil, həm də Güney Azərbaycan və digər ata-baba torpaqlarımız da daxil olmaqla, 50 milyonluq bir milli ruh halına gətirib çıxarmışdır. 20 Yanvar şəhidlərinin ruhlarıyla Qarabağ şəhidlərinin ruhları bütünləşdiyi kimi, Azərbaycan xalqı da bütövləşməyə doğru istiqamət götürmüşdür. Bu isə o anlama gəlir ki, 28 maydan 20 yanvara, 20 yanvardan 18 oktyabra, 18 oktyabrdan 10 noyabra qədər davam edən mili mücadilə yolu Bütöv Azərbaycanın gerçəkləşməsinə qədər davam edəcəkdir. Tanrı bu yolda yürüyənlərin yardımçısı olsun!

Açıklama yok.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Yaşasın Bütöv Azərbaycan Xalqı!

Bakı, 19.01.2021

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al