Komitə sədri tanınmış karikaturaçı-rəssam, “Kirpi”nin baş rəssamı Hafis Nəsiroğlu ilə görüşüb

Komitə sədri tanınmış karikaturaçı-rəssam, “Kirpi”nin baş rəssamı Hafis Nəsiroğlu ilə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tanınmış karikaturaçı-rəssam, “Kirpi”nin baş rəssamı Hafis Nəsiroğlu ilə Milli Məclisdə görüşüb, ustad sənətkarın sənət uğurları, habelə qayğıları, sosial problemləri ilə maraqlanıb.
Q.Paşayeva H.Nəsiroğlunun dəfələrlə beynəlxalq müsabiqələrdə iştirak etdiyini, qırxdan artıq ölkədə Azərbaycan karikatura məktəbini ləyaqətlə təmsil etdiyini, ayrı-ayrı qurum və quruluşlar tərəfindən otuz dəfə təltif edildiyini məmnuniyyətlə vurğulayıb, ona yeni yaradıcılıq uğurları arzulayıb.
Görüşdə, 2021-ci ilin cənab Prezident tərəfindən Nizami İli, habelə Şuşanın Mədəniyyət Paytaxtı elan olunması, eləcə də, Şuşada keçiriləcək festivallarla bağlı, rəssamın fikirləri öyrənilib, fikir mübadiləsi aparılıb.
Rəssam Komitə sədrinə səmimi görüş üçün təşəkkür edib.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al