Dayanma-durmaya görə gün ərzində neçə cərimə yazıla bilər?

Dayanma-durmaya görə gün ərzində neçə cərimə yazıla bilər?

Dayanma və ya durma qaydalarının pozulması ilə bağlı inzibati xətanın törədilməsinə görə bir şəxs gün ərzində təkrar inzibati məsuliyyətə cəlb olunmayacaq.

Turkustan.info xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə (İXM) dəyişiklik edilir.

Dəyişikliyə əsasən, şəxs İXM-in 346-cı maddəsində (dayanma və ya durma qaydalarının pozulması) nəzərdə tutulmuş eyni inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz.

Dəyişiklik layihəsi yaxın müddətdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.   /Cebhe.info/

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al