Fransadan Azərbaycana dialoq təklifi: Nazirlər danışdı

Fransadan Azərbaycana dialoq təklifi: Nazirlər danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Fransa Respublikasının xarici işlər naziri Jan İv Lö Drian arasında telefon danışığı baş tutub.

XİN-in Mətbuat Xidməti idarəsindən verilən məlumata görə, nazirlər bölgədəki son vəziyyət, o cümlədən Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatların icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin cari vəziyyəti müzakirə edilib və bu sahədə dialoqun davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al