Tvitter İranın ali dini lideri Ayətullah Əli Xamineyinin bu şəbəkədəki hesabını bloklayıb.
Turkustan.info xəbər verir ki, Xamineyinin hesabının bloklanmasına səbəb kimi, onun Tvitterdə ABŞ-ın sabiq prezidenti Donald Tramp haqqında “təhdidedici paylaşım” etməsi göstərilir.
Paylaşımda Trampın İran generalı Qasım Süleymaniyə qarşı terrorda ittiham edilərək “İntiqam qaçılmazdır” mesajı verilmişdi. Çoksaylı şəbəkə iştirakçıları bu paylaşıma təpki göstərərək Xamineyinin hesabının qapadılmasını tələb ediblər.