25 Fevral 2021 06:15

Kəndlərdə yoluxma niyə şəhərə nisbətən azdır?- Səbəb açıqlandı

Sutka ərzində təmiz hava ilə nəfəs almaq koronavirusa yoluxmaq riskini azaldır.  Turkustan.info xəbər verir ki, bu barədə rusiyalı həkim-immunoloq Vladimir Bolibok “Sputnik”ə müsahibəsində deyib.

O bildirib ki, havada oksigen nə qədər çox olarsa, koronavirus infeksiyasına yoluxmaq riski o qədər azalmış olur. Havanın təmizliyi virusun orqanzimə düşmə ehtimalını azaldır, necə ki, çirkli hava istənilən virus infkisiyasına yoluxmaya təkan verir.

Beləliklə, şəhərlərə nisbətən kəndlərdə yoluxmanın daha az olmasının səbəbi həm də bununla əlaqələndirilə bilər. Hətta sərt karantin rejimlərində də kənd sakinlərinin təmiz havada daha çox olmaq imkanları olduğundan, yoluxma sərt karantində zamanının çoxunu evdə keçirən şəhər sakinlərinə nisbətən azdır.

Paylaş: