“Kəpəz”lə “Sərdar”ın yeni “Dostluğ”u: “Azərbaycanın təhlükəsizliyinə xidmət edən faktordur” – QHT sədri

“Kəpəz”lə “Sərdar”ın yeni “Dostluğ”u: “Azərbaycanın təhlükəsizliyinə xidmət edən faktordur” – QHT sədri

Ötən gün Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu”nun imzalandı.

Qeyd edək ki, bu günə qədər Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı bu yataq Xəzər dənizində iki ölkə arasında sərhəddə yerləşir. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb.

SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhədinin tən ortasında yerləşdiyi üçün “Aralıq” adlandırılıb. “Dostluq” 1990-ci illərin ortalarından başlayaraq iki ölkə arasında mübahisə predmeti olsa da, uzun illərin danışıqlarının nəticəsində tərəflər ortaq məxrəcə gəlməyə nail olmağı bacardı.

“Dostluq” yatağı ilə bağlı razılığa gəlinməsi Azərbaycana və bölgəyə nə verəcək?

“Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal Cebhe.info-ya açıqlamasında sözügedən razılaşmanı yüksək qiymətləndirib:

“Hər şeydən əvvəl Azərbaycanla Türkmənistan – iki qonşu və eyni soydan gələn qardaş ölkə arasında münasibətlərin bu memorandumla yüksək səviyyəyə qaldırılmasına vurğu salınmalıdır.

İki ölkə arasında məlum yataqla bağlı mübahisələr Azərbaycan və Türkmənistanın müstəqillik qazandığı ilk illərə təsadüf edir. Yatağın kimə məxsus olması ilə bağlı hər iki tərəfin özünəməxsus, özünü haqlı bildiyi mövqeyi, dəlilləri vardı. Bu da, xüsusilə Saparmurad Niyazov dönəmində iki ölkə arasında münasibətlərə mənfi təsirini göstərirdi.

Azərbaycanda İlham Əliyevin, Türkmənistanda Qurbanqulu Berdıməhəmmədovun rəhbərliyə gəlməsi ilə ikitərəfli münasibətlərə yeni yanaşma ortaya qoyuldu. Dünən imzalanan memorandum da, ötən illər ərzində tədricən istiləşən münasibətlərin məntiqi nəticəsidir. Bu mənada, razılaşma həm iqtisadi, həm də ikitərəfli münasibətlər, regional əməkdaşlıq, geosiyasi baxımdan olduqca əhəmiyyətlidir. Azərbaycan bütün qonşuları ilə dostluq və işgüzar münasibətlər qurmaq, onu inkişaf etdirmək xəttini tutub. Qonşu, eyni zamanda soydaş olan Türkmənistanla problemli məsələlərin sıfır səviyyəsinə endirilməsi Azərbaycanın bölgədəki və dünyadakı önəmini daha da artıracaq.

Bu münasibətlər Türkmənistanın qarşıdakı dövrdə Türk ölkələri arasında gedən çoxşaxəli inteqrasiyada iştirakına da yardımçı olacaq. Doğrudur, Türkmənistan dünyada özünü neytral dövlət elan edib. Bununla belə, Türkmənistanın soydaş ölkələrlə birlikdə addımlaması üçün maneə olmamalıdır. Nəzərə alsaq ki, bu dövlətlər həm də Türkmənistanı coğrafi baxımdan əhatə edir”.

Sonda QHT sədri əlavə edib ki, Azərbaycan öz ərazisindən çoxsaylı nəqliyyat, kommunikasiya, enerji xətlərinin keçməsində maraqlıdır:

“Həmçinin bu xətlər Azərbaycanın təhlükəsizliyinə xidmət edən faktordur. Avropanın enerji təminatında birbaşa və dolayısı ilə iştirak edən Azərbaycanın bütün sahələrdə dəstəklənməsi Avropanın da maraqlarına cavab verir. Bu dəstək bundan sonra real və güclü şəkildə ifadə olunmalıdır”.

 

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al