25 Fevral 2021 06:07

Pərdə, plyonka və jalüzlərlə bağlı yenilik

Sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydasının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcəyi təklif edilir.

Turkustan.info xəbər verir ki, bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişiklik layihəsi hazırlanıb.

Dəyişikliyə əsasən sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Layihə yaxın müddətdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.  /Axar.az/

Paylaş: