Azərbaycan xalqı təzədən doğulub… – Maksim Şevçenko

Azərbaycan xalqı təzədən doğulub… – Maksim Şevçenko

Dağlıq Qarabağ işğaldan azad edildikdən sonra Azərbaycanda misli görünməmiş bir vətənpərvərlik yüksəlişi başlayıb.

Turkustan.info Musavat.com-a istinadla xəbər verir ki, bunu rusiyalı jurnalist Maksim Şevçenko deyib.

Onun sözlərinə görə, Azərbaycan sakinləri birlik və yekdillik hiss edir ki, bunu da bir millətin yenidən doğuşu adlandırmaq olar: “İnanılmaz vətənpərvərlik coşğusu. Bir tərəfdən orada ölənlər çox idi, digər tərəfdən qələbə əldə olunduğu üçün mən bir millətin doğuşu adlandırıla biləcək situasiyaya düşmüşdüm. Hər millətin özünü vahid bir subyekt kimi hiss eləməsi üçün keçməli olduğu iki məqam var: onlardan biri ümummilli faciədir (bu faciə 1992-ci ildə Qarabağ oldu), digəri isə ümumi qələbədir. Bu, yalnız etnik əhali üçün deyil, həm də ruslar, yəhudilər və s. – bütün azərbaycanlılar üçün izah ediləbilməz bir hissdir. Çoxları ilə danışdım, hamıda hansısa inanılmaz bir olayın yaşandığı hissiyyatı var idi. Bununla belə, qələbə göydən düşməmişdi, onu haqq eləmişdilər, onu qazanmışdılar. Açıq deyim, mənə yalnız həsəd aparmaq qalırdı”.

Analitikin fikrincə, Azərbaycanda rus sülhməramlılarına münasibət bütövlükdə müsbətdir:

“Azərbaycan sakinləri başa düşürlər ki, onlar gəlməsəydi, bölgədə daha çox sayda qurbanlar olardı. Azərbaycan müharibəni tam qələbə ilə başa vura bilərdi və tərəfləri ayırmağa ehtiyac da qalmazdı. Ermənilər savaşda sarsıdıcı hərbi məğlubiyyətə uğradılar. Sadəcə sarsıdıcı. Problem ondadır ki, əgər Azərbaycan məsələni sona çatdırsaydı, erməni tərəfdən əlavə on minlərlə erməni öldürüləcək və minlərləsi də əsir olacaqdı. O zaman indi ortaya çıxan qarşılıqlı əməkdaşlıq üçün fürsət qalmazdı. Qurbanların sayı məsələsində elə bir hədd var ki, o həddi keçməz olmaz. 40 min mülki şəxs Kəlbəcərlə Şuşa arasındakı buz “qazanı”nda qalmışdı. Heç kim onların qidasının qeydinə qalmaz, insani bir fəlakət yaşanardı. Düşünürəm ki, ona görə də Azərbaycan Prezidenti İlham Əliyev rus sülhməramlılarının ora gəlişini alqışladı. Bu qüvvələr oradakı əhali üçün məsuliyyəti öz üzərlərinə götürdülər. Və bu bizə dinc formata keçməyə imkan verdi”.

Jurnalist həmçinin nəqliyyat dəhlizinin açılmasının Rusiyaya da xeyir gətirəcəyinə inanır:

“Azərbaycanın İranla sərhəddə azad etdiyi cənub əyalətlərindən keçən bu nəqliyyat dəhlizi Putin üçün sadəcə, qurtuluşdur. Ona görə ki, bu, İpək Yolunun tamamlanması deməkdir, yalnızca Azərbaycan ərazisindən keçən bir dəmiryolu yox”.

Ekspertin fikrincə, Azərbaycanda Ermənistandan tərəfdən revanşla bağlı narahatlıq yoxdur.

“Bunun əvəzində Dağlıq Qarabağda qala biləcək erməni radikalları tərəfindən törədilə biləcəyi gerçək bir terror hücumu təhlükəsi var. Erməni qüvvələrinin məğlubiyyəti o qədər total xarakterlidir ki, qarşı tərəfin revanşı ilə bağlı bir əndişə yoxdur. Onlar (azərbaycanlılar –red.) terrorizmdən ehtiyat edirlər”, – Şevçenko sonda vurğulayıb.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al