Xaçmazda aksiya: Polisdən açıqlama – FOTOLAR

Xaçmazda aksiya: Polisdən açıqlama – FOTOLAR

Sosial şəbəkələrdə Xaçmaz rayonunun Qımıl kəndinə gedən yolun yararsız vəziyyətdə olması ilə əlaqədar bir qrup kənd sakininin həmin əraziyə toplaşması ilə bağlı məlumat yayılıb. 

Belə ki, hadisə ilə əlaqədar Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndələri və Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları həmin əraziyə gəliblər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov “oxu.az”a bildirib ki, sözügedən ərazidə kənd sakinləri sosial problemləri ilə bağlı toplaşıblar:

“Sakinləri narahat edən problemləri dinləmək məqsədilə Xaçmaz Rayon İcra başçısının müavini Bəxtiyar Osmanov və Xaçmaz Rayon Polis Şöbəsinin rəis müavini, polis kapitanı Vüqar Orucov həmin ərazidə olublar. Sakinlərin şikayətləri dinlənilib və həlli istiqamətində onlarla profilaktik söhbət aparılıb.

Daha sonra əraziyə toplaşan sakinlər ərazini tərk edərək yaşayış yerlərinə geri qayıdıblar. Qeyd edirik ki, bu zaman heç bir asayişin pozulması hallarına yol verilməyib”.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al