Naxçıvanda baş verən zəlzələ Ermənistanın Vayotsdzor və Sünik bölgəsində də hiss olunub.
Turkustan.info xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumatda Naxçıvan şəhərindən 34 km şimal-şərqdə 4.3 bal gücündə zəlzələ qeydə alındığı bildirilib. Zəlzələnin Vayotsdzorda 3-4 bal gücündə, Sünikdə isə 3 bal gücündə hiss olunduğu vurğulanıb.
Qeyd edək ki, bu gün Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Şahbuz rayonunda 4.2 bal gücündə zəlzələ baş verdiyi barədə məlumat yayıb. /Axar.az/