Rusiya hökuməti Azərbaycanın 13 müəssisəsinə bu ölkəyə yanvarın 25-dən etibarən pomidor və alma ixrac etmək icazəsi verib.
Turkustan.info “TASS”a istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin müvafiq qurumu açıqlama verib.
Belə ki, həmin müəssisələrdən 6-sı pomidor, 7-si də alma istehsalı ilə məşğul olur.
Xatırladaq ki, son bir ayda Rusiyanın Azərbaycandan pomidor və alma ixracına müəyyən səbəblərdən qadağa qoyması bu məhsulların daxili bazarda ucuzlaşmasına səbəb olub.
İstehsalçılar ixrac edə bilmədikləri məhsulları daxili bazara yçıxarmağa məcbur qalıb. Belə ki, bazarlarda pomidor 50 qəpiyə, marketlərdə isə 70-80 qəpiyə satılır. Bu isə qış ayları üçün xüsusən pomidorun qiyməti ilə bağlı az xarakterik deyil. İxracına icazə verilən xiyarın isə qiyməti hətta 3 manatdan da bahadır. /Cebhe.info/