Nikol məğlubiyyətə görə məsuliyyət daşımır – Korotçenko

Nikol məğlubiyyətə görə məsuliyyət daşımır – Korotçenko

Ermənistanda daxili siyasi vəziyyət gərgin və mürəkkəb olaraq qalmaqda davam edir.

Turkustan.info Report-a istinadən xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

“Məğlubiyyət həbinin Ermənistan cəmiyyəti üçün son dərəcə acı olduğu aydın məsələdir. Müxalifət Nikol Paşinyanı günahlandırmağa və onu hakimiyyətdən uzaqlaşdırmağa çalışır. Ancaq Paşinyan Ermənistanın İkinci Qarabağ müharibəsindəki məğlubiyyətinin yalnız bir rəmzidir. Əslində isə müasir Ermənistanın millətçiliyə və İrəvanın mərkəzi meydanlarından birində abidəsi ucaldılan, faşistlərlə əlbir olan Qaregin Njdenin nəzəriyyələrinə əsaslanan ideologiyası məğlub edildi. Paşinyan bu məğlubiyyətə görə məsuliyyət daşımır”, – o bildirib.

Ekspertin fikrincə, ermənilər üçün ən doğru qərar ölkələrini beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində bərpa etmək və “böyük Ermənistan” xülyasından imtina etməkdir:

“Ermənistanın normal inkişafa, tərəfdaşları və qonşuları ilə diplomatik və iqtisadi əlaqələrin bərpasına ehtiyacı var. Yalnız dinc iş, ölkələrinin rifahı naminə yaradıcılıq işləri məğlubiyyət uçurumundan qalxmağa imkan verə bilər”.

“Ermənistan KTMT çərçivəsində Rusiyanın strateji müttəfiqidir. Ancaq Rusiya Ermənistana dotasiya ayıra, onu bəsləyə bilməz. Bu, suveren dövlətdir. Özü öz təhlükəsizliyini təmin etməli, vətəndaşlarını qorumalı və iqtisadiyyatı inkişaf etdirməlidir. KTMT çərçivəsində Ermənistan qarşısında başqa ölkələr qarşısında olduğu qədər öhdəliyimiz var, daha artıq heç nə yoxdur”, – İ.Korotçenko vurğulayıb.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al