“Rövnəq Abdullayev SOCAR-dan tamamilə uzaqlaşdırılacaq” – Ekspert vacib məqamları açıqladı

“Rövnəq Abdullayev SOCAR-dan tamamilə uzaqlaşdırılacaq” – Ekspert vacib məqamları açıqladı

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün yaradılan Müşahidə Şurasının SOCAR-ın əvvəlki fəaliyyətindən fərqləndirəcək cəhətləri çox maraqlıdır. Bundan sonra şirkətin idarəetmə mexanizminin necə qurulması, orada əsas rəhbər şəxsin kim olacağına dair suallar dolaşır.
 
Bu barədə “Bakupost.az”ın suallarını cavablandıran banklar üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bildirdi ki, iri şirkətlərdə yalnız icra orqanı olmalı deyil, həm də nəzarət orqanı olmalıdır:
“Şirkətlərdə idarəetmə sistemi ya birpilləli, ya da ikipilləli olur. Birpilləli idarəetmə məlumdur, şirkəti 1 nəfər rəhbər şəxs idarə edir. İkipilləli sistemdə isə icra orqanının üzərində Müşahidə Şurası, yaxud Direktorlar Şurası olur. Hazırda bizim banklarımızda, sığorta şirkətlərində həm icra, həm də nəzarət orqanı var. SOCAR isə bunlardan daha böyük şirkətdir, amma çox sadə idarəetmə sistemi ilə fəaliyyət göstərirdi, prezidenti var idi, vəssalam. Vitse-prezidentlər, işçilər – hamı ona tabedir. Bu da əlbəttə ki, idarəetməni nəzarətsiz qoyur, rəhbər şəxs şirkətdə istədiyini edə bilir. Belə olmalı deyil. Müşahidə Şurasının yaradılması ilə bağlı təkliflər çoxdan var idi. Bu isə o deməkdir ki, SOCAR ikipilləli idarəetmə sisteminə keçdi. Gələcəkdə ola bilər ki, icra orqanı olan şirkətin prezidenti orada olmasın, idarə heyəti olsun. Çünki bu sərəncamda Prezident İlham Əliyevin əsas tapşırıqlarından biri SOCAR-ın yeni nizamnaməsinin hazırlanmasıdır. Prezident Azərbaycan İnvestisiya Holdinqinə tapşırıq verib ki, 6 ay ərzində SOCAR-ın diaqnostikasını aparsın və ondan sonra 2 ay ərzində yeni nizamnaməsini qəbul etsin”.
Hüquqşünas qeyd etdi ki, SOCAR-ın əsas problemlərindən biri onun təşkilati-hüquqi formasının müəyyən edilməməsidir: “İstənilən hüquqi şəxsin təşkilati-hüquqi forması olmalıdır. Məhdud Məsuliyyətli Cəmiyyət, Səhmdar Cəmiyyəti, korporativ, ortaqlıq, yoxsa nə? Burda bunlar yoxdur. Bu, illər boyu davam edən anormal vəziyyət idi. SOCAR-ın statusu naməlumdur. Bu, böyük, o cümlədən beynəlxalq bazarlarda fəaliyyət göstərən şirkət üçün ciddi problemdir. Sərəncamda da bununla bağlı problem qalmaqdadır. Bəndlərdən birində yazılıb ki, Müşahidə Şurasının səlahiyyətləri kimi Mülki Məcəllədə göstərilən digər səlahiyyətlər… Bu Məcəllədə hər təşkilati-hüquqi forma üçün Müşahidə Şurasının ayrıca səlahiyyətləri var. Amma SOCAR-da bu, məlum deyil. Ümid edirəm ki, yeni nizamnamə bu məsələni də həll edəcək və SOCAR-ın statusu həll olunacaq”.
Ə.Həsənov əlavə etdi ki, bu cür dövlət şirkətlərində həmişə Müşahidə Şurasına hansısa iri dövlət məmuru sədrlik edir: “Amma aydın məsələdir ki, cari fəaliyyət yenə də icra orqanında qalacaq. Yəqin ki, əvvəl-axır Rövnəq Abdullayev SOCAR-dan gedəcək. Bu indiki vəziyyət üçün heç də prinsipial deyil. Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və üzvlər strateji nəzarəti həyata keçirəcək. Buna da əsasən kömək edən qurum Azərbaycan İnvestisiya Holdinqi olacaq. Xatırladım ki, Prezident ötən ilin noyabrda SOCAR-ı da Azərbaycan İnvestisiya Holdinqinə daxil edib. Həmin Holdinqə də strateji rəhbərlik Mikayıl Cabbarova aiddir. Yəni onsuz da artıq M.Cabbarovun nəzarətinə keçmişdi. Faktiki olaraq SOCAR üzərində nəzarət Azərbaycan İnvestisiya Holdinqində olacaq. Hesab edirəm ki, bu, düzgün verilmiş qərardır, çünki SOCAR Azərbaycanın ən iri dövlət şirkətidir və İqtisadiyyat Nazirliyinin tabeliyində olmalıdır. Bundan sonra SOCAR-ın fəaliyyəti səmərəli olacaq, orada şəffaflıq yaranacaq və gəlirləri artacaq”.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al