Separatçı Araik niyə Ağdərəyə gəlib? – SƏBƏB

Separatçı Araik niyə Ağdərəyə gəlib? – SƏBƏB

1991-ci ildən Azərbaycan Respublikasının işğal altındakı ərazilərində qondarılmış separatçı-terrorçu rejimin Rusiya tərəfindən xilas edilmiş tör-töküntülərinin başçısı Araik Arutyunyan dünən –yanvarın 24-də Xankəndindən Tərtər rayonunun işğal altında qalan Ağdərə şəhərinə gəlib. 

Turkustan.info xəbər verir ki, erməni saytlarının yaydığı məlumata görə, A.Arutyunyan  “rayon”un qanunsuz “rəhbərliyi” ilə yığıncaq keçirib.

Məlum qucaqda oturan xunta rəhbəri iclasda müharibədən sonrakı vəziyyətdən, evlərini itirmiş və Azərbaycanın azad etdiyi rayonlardan gəlmiş ermənilərin “rayon” ərazisində yerləşdirilməsindən danışıb.

Məlumatda separatçıların görüşündə Ağdərədə yerləşən erməni diviziyasının komandiri Karen Şakaryanın da iştirak etdiyi bildirilir.

Separatçı Araik niyə Ağdərəyə gəlib? - SƏBƏB

  /Moderator.az/

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al