“Azəriqaz”dan sərfiyyatın çox yazılması iddiasına REAKSİYA

“Azəriqaz”dan sərfiyyatın çox yazılması iddiasına REAKSİYA

“Azəriqaz” İstehsalat Birliyi abonentlərin qaz sərfiyyatının istifadədən çox yazılması ilə bağlı ictimaiyyətdə yaranan narazılıqlara münasibət bildirib.

Turkustan.info-nun məlumatına görə, qurumun baş direktoru Ruslan Əliyev jurnalistlərə açıqlamasında deyib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“2019 -cu ildə 2200 kubmetr limit keçən abonentlərin sayı 460 min idisə, 2020-də həmin abonentlərin sayı 588 min olub. Ötən il biz 2019-cu ilə nisbətən əhali xətlərində 490 milyon kubmetrə yaxın qaz qəbul etmişik. Bu da o deməkdir ki, qaza tələbat var və biz də ona görə bu qədər artıq qaz qəbul etmişik. Artım da əsasən pandemiya ilə əlaqədardır. Pandemiya dövrü başlayandan sonra bizdə sənaye müəssisələrində tələbat 30-40 faiz aşağı düşdü. Çünki sənaye obyektlərinin sayında azalma oldu, kafe-restoranların fəaliyyəti dayandı. Amma əhalidə sərfiyyat artmağa başladı. Əhali əvvəlki illərin müvafiq dövrünə nisbətən daha çox evdə qaldı, ailələr özünü daha çox qorumağa başladı. Nəticədə sərfiyyat artdı”.

R.Əliyevin sözlərinə görə, bəzi abonentlər şikayətlərində sayğacın sərfiyyat üçün ödənişi çox yazdığını iddia edirlər:

“Abonentlər iddia edirlər ki, sayğac pulu çox yazır. Sərf olunan qaz pulla yox, kubmetrlə hesablanır. Ona görə də sərfiyyat artanda ödəniş də çox olur”. (modern.az)

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al