Diaspordan Paşinyana ŞƏRT: “İstefa ver, Ermənistana investisiya yatıraq”

Diaspordan Paşinyana ŞƏRT: “İstefa ver, Ermənistana investisiya yatıraq”

Ermənistan müxalifətinin baş nazir postuna vahid namizədi, keçmiş müdafiə naziri (1992-1993-cü il) Vazgen Manukyan Ararat vilayətində tərəfdarları ilə görüşüb.

Ermənistan KİV xəbər verir ki, o, Paşinyanın baş nazir kürsüsündə qalmasına görə, varlı diaspor ermənilərinin ölkəyə investisiya yatırmaq istəmədiyindən gileylənib.
“Bizim 2 maliyyə mənbəyimiz var – aşağı faiz dərəcələri ilə bizə kredit ayıran maliyyə donorları və bizim diaspor, xüsusilə Rusiyadakı diasporumuz. Onların sözlərinə görə, Paşinyanın postundan gedəcəyi halda daha çox investisiya yatırmağa hazırdırlar”-deyə Manukyan söyləyib.

Vazgen Manukyan Nikol Paşinyanın baş nazir postundan istefa vermədən keçirəcəyi növbədənkənar seçkilərə qatılamayacağını da əlavə edib. (modern.az)

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al