Ermənilərin Ağdərə təklifi: Bakı nə qərar verəcək?

Ermənilərin Ağdərə təklifi: Bakı nə qərar verəcək?

Ermənistanın Vardenis-Ağdərə yolundan istifadə etmək üçün Azərbaycanla danışıqlar aparacağı gözlənilən idi. Çünki Vardenis-Ağdərə yolunun Azərbaycanın nəzarətinə keçməsi Ermənistana gedib-gələn ermənilərin 50 km-lik yolunu 500 km-ə qədər uzadıb.

Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Ermənistan hökumətinin Vardenis-Ağdərə yolundan istifadə etmək üçün Moskvanın vasitəçiliyi ilə Azərbaycanla danışıqlar aparması haqda yayılan xəbərləri şərh edərkən deyib.

O bildirib ki, Ermənistanın Vardenis-Ağdərə yolundan istifadə etməsinə icazə vermək heç də sadə bir məsələ deyil:

“Azərbaycan hökuməti 10 noyabr və 11 yanvar bəyanatında Ermənistan hökuməti üçün Vardenis-Ağdərə yolundan istifadəyə dair öhdəlik götürməyib. Yəni rəsmi Bakı İrəvanın bu tələbinə razılıq verməyə bilər. Bu qərar verilsə belə, yüz ölçülüb, bir biçilərək verilməlidir. Hesablamalıyıq ki, bu, ölkə maraqlarımıza uyğundurmu?

Son günlər sosial şəbəkələrdə Qarabağın hələlik rus sülhməramlıların nəzarətində olan hissəsində yaşayan Azərbaycanın erməni əsilli vətəndaşlarının Ermənistandakı qohum-əqrəbalarını ziyarət etmək üçün Vardenis-Ağdərə yolundan istifadə etmək istədiklərini, hətta bunun üçün etiraz aksiyası belə keçirdiklərini əks etdirən videolar yayılır. Aydın məsələdir ki, onlar Laçın dəhlizi ilə Ermənistana getmək üçün 500 km məsafə qət etməli olurlar. Halbuki əvvələr Vardenis-Ağdərə yolundan istifadə edərək, 50 km məsafə ilə gedə bilirdilər.

Dediyim kimi, Azərbaycan üzərinə belə bir öhdəlik götürməyib. Mahiyyət etibarilə Qarabağda yaşayan ermənilərin Ermənistanda yaşayan qohum-əqrəbaları ilə gediş-gəlişinin təmin edilməsi üçün Laçın dəhlizi 10 noyabr bəyanatında nəzərdə tutulub”.

Ekspert bildirib ki, Ermənistan hökuməti Vardenis-Ağdərə yolundan istifadə etmək istəyirsə, bunun üçün ilk növbədə kompromisə getməlidir:

“Birincisi, rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Nəzərə almaq lazımdır ki, Ermənistan hələ də Qarabağı Azərbaycanın bir parçası olaraq tanımır. Bu reallıq altında Vardenis-Ağdərə yolundan istifadəyə icazə verilməsi nə dərəcədə doğru olar?

İkincisi, Ermənistan Vardenis-Ağdərə yolundan istifadə etmək istəyirsə, anlamalıdır ki, bu, heç də Laçın dəhlizi kimi olmayacaq. Yəni yola, sərhəd məntəqələrinə nəzarət Azərbaycan sərhəd qoşunlarının və daxili xidmət orqanlarının nəzarətində olmalıdır.

Üçüncüsü, Ermənistan hökuməti Vardenis-Ağdərə yolundan istifadə etmək istəyirsə, əvvəla, özü Kəlbəcərə gediş-gəliş üçün Ağdərə-Xankəndi üzərindən Azərbaycanın keçidini təmin etməlidir. Bu ərazilər hazırda rus sülhməramlıların nəzarətindədir. Lakin Ermənistan da bu məsələdə kompromisə getməlidir. Düşünürəm, böyük ehtimalla ermənilər bu təklifi rəsmi Bakıya ediblər.

Dördüncüsü, Ermənistan 10 noyabr və 11 yanvar bəyanatında nəzərdə tutulan Mehri dəhlizi ilə bağlı məsələnin icrasını sürətləndirməli, tərəflərə problem yaratmamalıdır.

Bir şeyi nəzərə almaq lazımdır ki, 44 günlük müharibənin qalibi Azərbaycandır. Məğlub tərəf qalibdən nəsə istəyirsə, bunun müqabilində istəyi həcmində, hətta artıq nəsə təklif etməlidir”.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al