Komitə sədri qəhrəman şəhidimiz Zaur Cəfərovun ailəsi ilə görüşüb

Komitə sədri qəhrəman şəhidimiz Zaur Cəfərovun ailəsi ilə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva şəhid polkovnik-leytenant Zaur Cəfərovun xanımı Gülbəniz Ələsgər qızı Cəfərova və şəhidin qardaşı Niyaməddin Hüseyn oğlu Cəfərovla Milli Məclisdə görüşüb, onları tarixi zəfər münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb: “Sizi, Sizin timsalınızda bütün şəhid ailələrini torpaqlarımızın düşmən işğalından azad olunması münasibəti ilə təbrik edir, ən xoş diləklərimi yetirirəm! Qəhrəman Vətən oğullarının fədakarlığı sayəsində xalqımızın 30 illik həsrətinə son qoyuldu.
2016-cı il Aprel döyüşləri, 2020-ci il İyul (Tovuz) döyüşlərində iştirak edən, Azərbaycan Vətən Müharibəsində də iştirak edərək, igidliklər göstərən Zaur Cəfərovun ruhu bugün şaddır.
Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik!
Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Bu zəfər münasibəti ilə təbriki ən çox haqq edən insanlar Siz şəhid ailələrisiz.
Sizi bir daha təbrik edirəm, ən xoş diləklərimi yetirirəm”!
Q.Paşayeva şəhid zabitin ailə üzvlərinə Mədəniyyət Komitəsi adından Məktub təqdim edib.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al