Kreml Gelencikdəki sarayın sahibləri haqqında açıqlama verdi

Kreml Gelencikdəki sarayın sahibləri haqqında açıqlama verdi

Kreml sözçüsü Dmitri Peskov Putinin olduğu iddia edilən saray barədə danışıb.

Turkustan.info “ria.ru”ya istinadla xəbər verir ki, Peskov açıqlamasında bəhs edilən sarayın bir və ya bir neçə sahibkara aid olduğunu bildirib:

“Həmin saray bir və ya bir neçə sahibkara aiddir. Adlarını açıqlamağı doğru hesab etmirik”

Jurnalistlərin “nə üçün orada uçuş qadağandır və prezidentin mühafizə xidməti tərəfindən qorunur” sualına isə Peskov, “bunu birbaşa xidmətin özü ilə dəqiqləşdirmək lazımdır” deyə cavab verib.

Qeyd edək ki, bir neçə gün əvvəl rusiyalı müxalifətçi Aleksey Navalnı Vladimir Putinə aid olduğunu iddia edərək Qara dəniz sahillərində yerləşən böyük sarayın görüntülərini paylaşmışdı.  /Yeniavaz.com/

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al