Ziyafət Əsgərov: “Nə birinci, nə də ikinci bəyanatda status məsələsi yoxdur”

Ziyafət Əsgərov: “Nə birinci, nə də ikinci bəyanatda status məsələsi yoxdur”

Azərbaycan qanunvericiliyinə görə, 10 noyabrdan sonra həbs edilmiş ermənilər təxribatçı və terrorçudur. Cinayət hüququnda hansı prinsiplər nəzərdə tutulubsa, ermənilərlə eyni cür davranılacaq. Ermənilərin razılaşma bəyanatından sonra həbs edilmiş əsgərləri hərbi əsir yox, təxribatçı və terrorçu sayılır.

Turkustan.info xəbər verir ki, bunu “teleqraf.com”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Komitə sədri, bəzi rus millət vəkillərinin qanunsuz olaraq Qarabağa səfərlərinə də münasibət bildirib:

“Bu qanunsuz səfərlərlə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat verib. Onlar azruolunmaz şəxslər siyahısına salınıb. Xankəndi Azərbaycanın tərkib hissəsidir. Qarabağın bütün ərazisi kimi orada Azərbaycanın suverenliyinə daxildir. Bu cür səfərlər təxribatdan başqa bir şey deyil. Onların Azərbaycanın icazəsi olmadan həmin ərazilərə getməsi heç bir hüquqa sığmır”

Deputat fikrincə, erməni hərbi siyasi rəhbərliyi öz xalqına boş ümid vermək istəyir:

“Guya onlar Qarabağı hələ də öz əraziləri hesab edir. Reallıqda isə həmin ərazilər beynəlxalq hüquqa görə Azərbaycanın suverenliyinə daxildir. Rusiya prezidenti, rus ictimaiyyəti, Fransa prezidenti dəfələrlə elan ediblər ki, Dağlıq Qarabağ beynəlxalq hüquqa görə Azərbaycanın tərkib hissəsidir”.

Millət vəkili qeyd edib ki, 10 noyabrda imzalanmış bəyanatda da Qarabağın statusu haqqında heç bir müddəa yoxdur:

“Cənab Prezident də vurğuladı ki, Qarabağda heç bir status olmayacaq. Ermənilər yenidən bu status söhbətlərini ortaya atmaqla aranı qatmaq, təxribatçı hərəkətlər etmək istəyirlər. Bir daha vurğulayıram ki, cənab Prezident bu məsələ ilə bağlı konkret fikrini bildirib. Hər kəs də buna inanmalıdır. Amma bəzən KİV-lərdə bundan sui-istifadə etmək istəyirlər. Bunların hamısı ermənilərin uydurmaları və təxribatıdır. 10 noyabrda və 11 yanvarda imzalanmış bəyanatlarda status məsələsi öz əskini tapmayıb. Nə birinci, nə də ikinci bəyanatda status söhbəti yoxdur. Sadəcə Ermənistan siyasi rəhbərliyi növbəti dəfə öz xalqını aldatmağa çalışır. Belə siyasətin isə axırı olmur. Nə qədər tez Azərbaycanla normal münasibət qura bilsələr, o zaman bəlkə Ermənistan üçün yaxşı olar. Əksinə Ermənistanın gələcəyindən söhbət gedə bilməz”.   

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al