ABŞ-ın Azərbaycandakı səfiri: “Şirkətlərimiz işğaldan azad edilmiş ərazilərin bərpasında iştiraka hazırdır”

ABŞ-ın Azərbaycandakı səfiri: “Şirkətlərimiz işğaldan azad edilmiş ərazilərin bərpasında iştiraka hazırdır”

“ABŞ şirkətləri Azərbaycanın işğaldan azad edilən ərazilərinin bərpasında iştirak etməyə hazırdır”.

İqtisadiyyat nazirliyindən Turkustan.info-ya verilən məlumata görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşü zamanı deyib.

Səfir xüsusilə su ehtiyatlarının idarə olunmasında, yol və digər infrastrukturun yaradılmasında, rəqəmsal və innovativ texnologiyalar sahəsində əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.

Örl Litzenberger həmçinin, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi münasibətilə təbriklərini çatdırıb, regionda dayanıqlı sülhün bərqərar olmasının önəmini vurğulayıb.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al