Cavad Zərif: “Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir”

Cavad Zərif: “Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir”

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif erməni həmkarı Ara Ayvazyanla görüşüb.

Turkustan.info xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi internet saytında məlumat verilib.

Bildirilib ki, İran və Ermənistan XİN başçılarının görüşündə ikitərəfli əlaqələr və regional məsələlər müzakirə edilib.

“Ermənistan respublikası daxil olmaqla bölgədəki bütün ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi əhəmiyyətlidir. Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir”, – deyə İran XİN başçısı bildirib.

O, Ermənistanı İranın əhəmiyyətli qonşusu kimi xarakterizə edib. (APA)

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al