Rusiya XİN-dən Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərinin görüşü barədə AÇIQLAMA

Rusiya XİN-dən Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərinin görüşü barədə AÇIQLAMA

Dağlıq Qarabağda bütün iqtisadi və nəqliyyat əlaqələrini açmaq üçün yaxın günlərdə Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrupunun görüşü baş tuta bilər.

Turkustan.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat verib.

“Qurumlararası formatda Azərbaycan və Ermənistan tərəfləri ilə birlikdə ilk görüşü yaxın gələcəkdə keçirməyə hazırlaşırıq”, – deyə nazirlikdən bildirilib.

Diplomatik qurumdan vurğulanıb ki, Dağlıq Qarabağ nizamlanması prosesinə tərəfsiz və məsuliyyətli yardım Rusiyanın Cənubi Qafqazda xarici siyasətinin prioritet istiqamətlərindən biri olub və qalmağa davam edir.

“Aktual vəzifə region dövlətlərinin mehriban qonşuluq münasibətlərini bərpa etmək, millətlərarası və konfessiyalararası sülh və inam yaratmaq, Cənubi Qafqazda sabitlik və firavanlıq üçün möhkəm şərtlər formalaşdırmaq üçün konfrotansiyadan barışığa keçməsini təmin etməkdir”, – deyə Rusiya XİN-i vurğulayıb.   /Oxu.az/

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al