Əhməd Cəfəroğlunun dünyagörüşündə azərbaycançılıq, istiqlalçılıq və maarifçilik

Əhməd Cəfəroğlunun dünyagörüşündə azərbaycançılıq, istiqlalçılıq və maarifçilik

No description available.

 

Qeyd: Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin  maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

 

II Yazı

 

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli

 

Cə­fə­roğ­lu­na gö­rə, M.F.Axund­za­də isə ilk də­fə azə­ri ləh­cə­sin­də və xalq dan­şıq di­lin­də pyes­lər yaz­mış, di­lin möv­qe­yi­ni möh­kəm­lən­­dir­­miş­dir.[1] Ən əsa­sı, Axund­za­də ilk də­fə Ru­si­ya türk­lə­ri ara­sın­da ye­ni və or­taq bir əlif­ba­nın qə­bul edil­mə­si­nin zə­ru­ri­li­yi­ni, həm də bu əlif­ba is­la­ha­tı mə­sə­lə­si­nin Os­man­lı im­pe­ra­tolr­lu­ğu ilə ey­ni vaxt­da hə­ya­ta ke­çi­ril­mə­si­nin va­cib­li­yi­ni il­kin an­la­yar­dan bi­ri, bə­lək də bi­rin­ci­si­dir. O ya­zır: “mil­liy­yət­çi­lik və türk­çü­lük cə­rə­yan­la­rı­nın hə­lə baş qal­dır­ma­dı­ğı, Ru­si­ya əsa­rə­tin­də­ki türk­lə­rin ara­sın­da hər han­sı fi­kir və iş bir­li­yi­nin qu­rul­ma­dı­ğı za­man­lar­da, nə­ha­yət Os­man­lı im­pe­ra­tor­lu­ğu­nun adı­nın çə­kil­mə­si­nin az qa­la ya­saq olun­du­ğu bir dövr­də Mir­zə Fə­tə­li­nin mil­li oya­nı­şa rəh­bər­lik et­mə­si və mü­səl­man mil­lət­lə­rin tə­əs­sü­bü­nü çə­kən ide­ya­lar­la or­ta atıl­ma­sı türk və is­lam dün­ya­sın­da hər şəx­siy­yə­tə nə­sib ol­ma­yan bir tə­şəb­büs ki­mi təq­di­rə la­yiq gö­rül­mə­li və də­yər­lən­di­ril­mə­li­dir”.[2] Cə­fə­roğ­lu ya­zır ki, Azər­bay­can mü­hi­tin­də ilk azə­ri qram­ma­ti­ka­sı adan­dı­rı­la bi­lən əsər S.M.Qə­ni­za­də­nin “Türk di­li­nin Qaf­qaz-Azər­bay­can ləh­cə­si­ni öy­rən­­ən­lər üçün”dür. O, “Ta­tar-rus lü­ğə­ti”nin də mü­əl­lif­dir. Cə­fə­roğ­lu­ya gö­rə bu ki­tab­lar el­mi ba­xım­dan zə­if­dir­lər. N.Nə­ri­ma­no­vun “Ta­tar di­li­ni öy­rə­nən rus­lar üçün” əsə­ri isə S.M.Qə­ni­za­də­nin ki­ta­bın­dan da aşa­ğı sə­viy­yə­də­dir. Onun fik­rin­cə, bu ki­tab N.Nə­ri­ma­no­vun mil­li mü­hi­tə xid­mət ar­zu­sun­dan da­ha çox  rus­la­ra azə­ri türk­cə­si­ni öy­rət­mək niy­yə­ti ilə ya­zıl­mış­dır: “Mü­əl­lif əsə­ri üçün rus mək­təb­lə­ri­nin qram­ma­ti­ka dərs­lik­lə­ri­ni əsas gö­tür­dü­yün­dən, türk di­li qay­da­la­rı­na tam ya­ban­çı mü­na­si­bət bəs­lə­miş­dir”.[3]

XIX əs­rin son­la­rın­dan baş­la­ya­raq azə­ri ləh­cə­si Qərb təd­qi­qat­çı­la­rı tə­rə­fin­dən el­mi-təd­qi­qat ob­yek­ti­nə çev­ril­miş­dir. Əv­vəl­cə Rad­lov 1893-cü il­də Pe­ter­burq­da nəşr et­dir­li­yi 4 cil­di­lik­də türk ləh­cə­lə­ri ara­sın­da azə­ri ləh­cə­si­nə də diq­qət ye­tir­miş­dir. Cə­fə­roğ­lu­ya gö­rə, Rad­lov da­ha çox İran Azər­bay­ca­nı türk­cə­si­ni təd­qiq et­miş­dir: “Us­tə­lik də coğ­ra­fi ba­xım­dan Azər­bay­can an­la­yı­şı­nın hə­min dövr­də yal­nız İra­nın bu əya­lə­ti­nə aid edil­di­yi­ni nə­zə­rə al­saq, o za­man şüb­hə­lə­ri­miz üçün heç bir yer qal­maz.[4] Onun fik­rin­cə, Rad­lo­vun lü­ğə­tin­də­ki dil nü­mu­nə­lə­ri is­tis­na olun­maq­la Vam­be­ri­nin bir əsə­ri­nə azə­ri ləh­cə­si ilə bağ­lı əla­və et­di­yi mətn, bə­zi nöq­san­la­rı­na bax­ma­ya­raq Av­ro­pa­da transk­rip­si­ya olun­muş ilk azə­ri ləh­cə­si ör­nək­lə­rin­dən sa­yı­la bi­lər.[5]

Əhməd Cə­fə­roğ­lu­ya gö­rə, Vam­be­ri ümu­mi­lik­də azə­ri ləh­cə­si ilə sət­hi ta­nış ol­ma­sı­nın nə­ti­cə­si­dir ki, o bu ləh­cə­ni əs­ki türk­cə­dən ayır­mış­dır. An­caq Rad­lov və Vam­be­ri­dən fərq­li ola­raq al­man tür­ko­lo­qu Foy Qaf­qaz və İran Azər­bay­ca­nı­nın ləh­cə­si­ni də­rin­dən təd­qiq edə­rək gös­tər­miş­dir ki, azə­ri türk­cə­si göy­türk­lə­rin ləh­cə­si ilə sıx əla­qə­də ol­muş­dur. Da­ha son­ra prof. H.Rit­ter, prof. Bang, prof. J.De­nin və b. da azə­ri-türk ləh­cə­si­nə təd­qi­qat­la­rın­da yer ayır­mış­lar.

Əhməd Cəfəroğlu “Dil gu­şə­si” mə­qa­lə­sin­də ya­zırdı ki, rus mis­sio­ner­lə­ri yer­li xalq­la­rın di­li­ni öy­rən­mək­lə ya­na­şı, “o bi­ri tə­rəf­dən isə bi­zim  ye­tə­rin­cə diq­qət gös­tə­rə bil­mə­mə­yi­miz­dən fay­da­la­na­raq Türk qar­daş­la­rı­mı­zı rus­laş­dır­mış, hət­ta bə­zi­lə­ri­nin din­lə­ri­ni də­yi­şib on­la­rı xris­ti­an­laş­dır­ma­ğa mü­vəf­fəq ol­muş­lar. Hə­min mis­so­ner­lər türk dil­lə­ri­ni öy­rə­nə­rək, türk­lə­rə on­la­rın öz di­li ilə türk­lük­dən və an­na di­lin­dən uzaq­laş­maq fik­ri­ni təl­qin et­miş­di­lər. Türk qar­daş­lar­mız­dan baş­qa dün­ya­nın heç bir ye­rin­də heç bir mil­lət və qövm öz doğ­ma di­li ilə al­da­dı­la­raq mil­li ru­hun­dan və əqi­də­sin­dən uzaq­laş­dı­rıl­ma­mış­dır. Sər­həd­lə­ri az qa­la Ağ­rı da­ğı­nın ətək­lə­ri­nə qə­dər uza­nan, dü­nə­nə qə­dər tor­paq­la­rın­da hürr və azad ya­şa­yan Azər­bay­can­da rus is­ti­la­sı­nın tə­si­ri al­tın­da, kim bi­lir, nə qə­dər sı­ra­vi türk və hət­ta türk zi­ya­lı­sı ana di­lin­də düz­gün yaz­ma­ğı-oxu­ma­ğı ba­ca­rı­r?!”.[1]

Fik­ri­miz­cə, Ə.Cə­fə­roğ­lu­nun o za­man yaz­dıq­la­rı­nın bu gün nə də­rə­cə­də ak­tu­al ol­ma­sı ba­rə­də ge­niş yaz­ma­ğa eh­ti­yac yox­dur. Çox tə­əs­süf­lər ol­sun ki, rus­laş­dır­ma si­ya­əs­ti nə­ti­cə­sin­də bu­gün­kü Azər­bay­can in­san­la­rı­nın, xü­su­si­lə onun zi­ya­lı­sı­nın xey­li bir qis­mi məhz rus­ca yaz­ma­ğı-oxu­ma­ğı ba­cı­rır. Bu isə əl­bət­tə, mil­li ruh ba­xı­mın­dan çox zə­rər­li­dir. Məhz ça­rizm və so­vet döv­rün­də bu gü­nü nə­zə­rə alan an­tia­zər­bay­can və an­ti­türk ideo­loq­la­rı rus­laş­dır­ma si­ya­sə­ti­nin əsa­sı­nı qoy­muş­du­lar. Cə­fə­roğ­lu ya­zır: “Rus­la­rın oxu­dul­ma­sı­nı qa­da­ğan et­dik­lə­ri türk­cə­mi­zin ye­ri­nə sə­xa­vət­lə aç­dıq­la­rı rus mək­təb­lə­rin­də oxu­yan hər bir türk, tə­bii ki, on­la­rın di­li­ni da­ha asan və yax­şı öy­rə­nir, fi­kir­lə­ri­ni bu dil­də izah edir, zövq­lə­ri­ni rus ədə­biy­ya­tı­nın mü­tai­lə­si ilə ox­şa­yır­lar. Be­lə şə­ra­it­də hət­ta Tür­ki­yə sər­həd­lə­ri ya­xın­lı­ğın­da, la­kin əsa­rət al­tın­da ya­şa­yan Azə­ri qar­daş­la­rımz­da in­ki­şaf et­miş mil­li dil bir­li­yi ol­ma­dı­ğı hal­da hə­min bir­lik və vəh­də­ti Tür­ki­yə­dən çox uzaq­lar­da yer­lə­şən qır­ğız, türk­mən, ta­tar el­lə­rin­də ara­maq, sa­də­cə, im­kan­sız­dır”.[2]

Cə­fə­roğ­lu haq­lı ola­raq ya­zır ki, ça­rizm və so­vet­lər dö­nə­min­də Ru­si­ya türk­lə­ri­nin, o cüm­lə­dən azə­ri türk­lə­rin di­li­ni təb­qi­qat ob­yek­ti­nə çe­vir­mə­lə­ri heç də sə­mi­mi xa­rat­ker da­şı­ma­mış­dır. Be­lə ki, rus­lar bir əs­rə ya­xın əsa­rət al­tın­da sax­la­dı­ğı mil­lə­tin lə­hə­sin­də nə­in­ki bə­sit bir qram­ma­ti­ka ki­ta­bı, heç adi bir lü­ğət  də hazr­la­ma­mış­lar. O ya­zır: “Bu hər şey­dən əv­vəl di­li bir, qa­nı və ta­ri­xi bir iki qar­daş tür­kü, yə­ni Azər­bay­can və Tür­ki­yə­ni­bir-bi­rin­dən ayır­maq si­ya­sə­ti­nin nə­ti­cə­si­dir. Yox­sa, hət­ta ədə­bi di­lə ma­lik ol­ma­yan hər han­sı bir türk qöb­mü­nün ləh­cə­si­ən aid or­ta­ya yüz­lər­lə əsər qo­yan rus şərq­şü­nas­la­rı­nın da­ha in­ki­şaf et­mişh ədə­biy­ya­ta və di­lə ma­lik azə­ri­lə­rin üzə­rin­dən be­lə səs­siz-sə­mir­siz keç­mə­lə­ri baş­qa cür izah edi­lə bil­məz”. [3]

Rus­laş­dır­ma si­ya­sə­ti­nin tər­kib his­sə­lə­rin­dən bi­ri də ki­ril-rus əlif­ba­sı­na ve­çil­mə­si­dir. Xris­ti­an lit­va­lı­la­rın be­lə rus-ki­ril əl­fi­ba­sın­dan im­ti­na et­di­yi bir za­man­da “türk qövm­lə­rin­də ya­ban­çı rus əlif­ba­sı­na, rus­laş­dır­ma si­ya­sə­ti­nə qar­şı qə­zəb və nif­rət, kim bi­lir. Ne­cə bö­yük və də­rin ol­ma­lı­dır! Az qa­la hər bir türk kən­di­nə rus­laş­dır­ma si­ya­sə­ti­nin in­cə­lik­lə­ri­nə yi­yə­lən­miş, mə­həl­li türk ləh­cə­si­ni yax­şı mə­nim­sə­miş  tə­əs­süb­keş rus ke­şi­nin tə­yin olun­ma­sı türk di­li­nin ara­dan qal­dı­rıl­­ma­sı­na tə­sir gös­tər­miş, türk­cə­yə çox­say­lı rus di­li ün­sür­lə­ri­nin yer­ləş­­di­ril­mə­si­nə gə­ti­rib çı­xar­mış­dır”. Bir söz­lə, rus şo­vi­nist­lə­ri rus­laş­dır­ma si­ya­sə­ti­nə uy­ğun ola­raq müx­tə­lif türk ləh­cə­lə­rin­də (azə­ri, çu­vaş, ta­tar, ya­kut və b.) rus-ki­ril əlif­ba­sı ilə yüz­lər­lə di­ni (“İn­cil”, “Töv­rat” və b.) və si­ya­si əsər­lər nəşr etl­dir­miş­lər. Onun fik­rin­cə, rus şo­vi­niz­mi­nin apar­dı­ğı bu si­ya­sət nə­ti­cə­siz qal­ma­mış­dır: “Nə­ti­cə­də türk­lü­yə qar­şı hə­ya­sız­ca­sı­na hə­ya­ta ke­çi­ri­lən rus­laş­dır­ma si­ya­sə­ti türk el­lə­ri ara­sın­da qüv­vət­li əks-hə­rə­kat ya­ran­ma­sı­na gə­ti­rib çı­xar­mış­dır”.[4] Be­lə ki, türk zi­ya­lı­la­rı (İ.Qasp­rinrs­ki və b.) da ki­ril əlif­ba­sı ilə “İs­lam di­ni” (1906) və b. ki­tab­lar yay­mış, ey­ni za­man­da rus İl­mins­ki­nin rus-türk ib­ti­dai mək­təb­lə­ri­ən qar­şı Qas­pi­rins­ki üsu­lu-ccə­did mək­təb­lə­ri­ni qoy­muş­dur. Bu­nun­la da, türk­lü­yün və türk di­li­nin par­ça­lan­ma­sı­nın qar­şı­sı­nı al­maq üçün apa­rı­lan zə­ru­ri mü­ba­ri­zə rus mü­nəv­vər­lə­ri­nin türk­lər­dən üz dön­dər­mə­lə­ri nə­ti­cə­lən­miş­di”.[5]

[1] Yenə orada, s.287

[2] Yenə orada, s.324

[3] Yenə orada, s.290

[4] Yenə orada, s.291

[5] Yenə orada, s.291

[1] Yenə orada, s.296

[2] Yenə orada, s.297

[3] Yenə orada, s.297

[4] Yenə orada, s.298

[5] Yenə orada, s.298

 

 

 

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al