Qeyd: Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.
III Yazı
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli
Bu siyasəti ruslar bütün sahələrdə, o cümlədən marksizm vasitəsilə də aparmışlar. Onların məqsədi bütün sahələrdə Rusiydakı, o cümlədən azəri türklərini yönəltmək niyyəti güdmüşdür. Çarizm və sovet ideoloqları yaxşı başa düşürdülər ki, türklər milli kimliklərini, dilini, mədəniyyətini, ədəbiyyatını, tarixini və s. daha dərindən yaxşı anladıqca, onların şovinizm, bolşevizm və s. ideyaları türklər arasında geniş yaylımaycaqdır. Bu isə əlbəttə, rus şovinistlərinə əl vermirdi. Bu baxımdan rus millətçilərinin türklərin öz dillərini tədqiq etmələrinə, yeni ədəbiyyat yaratmalarına və s. qısqanclıqla yanaşması təbii idi. Bir sözlə, rus millətçiləri türkləri dillərini öyrətməyə, məktəblərdə, universitetlərdə təhsil almağa şərait yaradır, ancaq bu zaman ruslaşdırma siyasətini, yəni türklərin türk kimi deyil, rus kimi (zahirən isə bolşevik kimi) düşünməyə vadar etməyi unutmurdular. Cəfəroğlu yazır: “Türk ziyalısına universitet kürsüsünü yalnız milli varlığından ayrılmaq və xristinalığı qəbul etmək şərti ilə vermək, türk müəllimlərini orta məktəbdə tarix dərslərini keçmək hüququndan məhrum etmək, Rusiyadakı türklərin Türkiyə mətbuatını izləmələrinin qarşısın almaq kimi şərtlər irəli sürən bu “mədəniyyət” əslində hər vasitə ilə türkləri geri çəkməyə xidmət göstrirdi. Çox güman ki, elə bu səbəbdən də rus inqilabçısı Çadayev Rusiyanın keçmişini qaranlıq, dünənini məhcul, gələcəyini isə bərbad hesab etmişdi”. [1]
Şübhəsiz ki, çar Rusiyasında türklərə qarşı yeridələn ruslaşdırma siyasəti sovet Rusiyası dövründə daha ağır şəkildə davam etdirilmişdir. Bolşevizm ideyası ilə ortaya atılan rus millətçiləri yenə də mili varlığa və mili özünüdərək qarşı idilər. Sözdə milli dil və milli mədəniyyətdən bəhs açan bolşeviklər gerçəklikdə isə türük vəhdətinin və milli birliyinin parçalanması uğrunda çalışırdılar. Rusiya əsarətindəki türk qövmlərinin az qala hər birinin dilini “müstəqil dil” və ölkələrini “cümhuriyyət” elan edən bolşeviklərin əsas məqsədi vahid türk dilinin və millətini parçalamaq idi.
O, yazır ki, Türklər arasında latın əlifbasının tətbiqi də ruslaşdırma siyasətinin tərki hissəsi olmuşdur. Onun fikrincə, latın qşrafikasının tərfdarı kimi çıxış edən D.Bünyadzadə, S.Ağamalıoğlu bolşevik əmri ilə hərəkət edən şüursuz türk düşmənlərindən başqa bir şey deyillər: “Ustadları Lenindən Latın əlifbasının tətbiqi üçün “Bu Şərqdə inqilab olacaq!” fitvasını alan və türkülükləri yalnız adlarından ibarət olan bu rus əlaltıları bolşevik inqilabının qələbəsi naminə türk dilinin birliyini və türk vəhdətini parçalamaq üçün əllərindən gələni etdilər. Onlar türk ölkələrini bir-birindən ayırmaq üçün bütün mümkün vasitələrə baş vurdular. Amma fikirində yanıldılar. Türk dili birliyi və türk vəhdəti yad, yabançı Leninlərin təlqini ilə həyata keçirilə bilməzdi. Bu birliyi, bu vəhdəti həqiqi türk övladları, həqiqi türk qaziləri gerçəkləşdirə bilərdilər. Və bu iş bolşeviklərdən soruşulmadan oldu. Həqiqi türk birliyi yarandı və yaşamqadıdır”.[2] O, yazır ki, Cümhuriyyəti ərəb əlifbasındakı nöqsanlarla bağlı latın əlifbasına keçmək istəiyrdi, ancaq rus işğalı buna mane oldu. [3]
Türkiyə və Azərbaycan arasında dil birliyi və türk birliyi yaranmışdı. Azərbaycanı işğal edən bolşeviklər bu dil və millət birliyini aradan qaldırmaq üçün ilk növbədə Azərbaycanda latın əlibfasını həyata keçirməyə başladı. Guya, bunula türklərə xidmət etdiklərini iddia edən bolşeviklərin əslində məqsədləri vahid türk toplumlarını bir-birindən ayrımaq idi. Bu baxımdan Azərbayan türk dövlətinin əsaslarını sarsıtmaq üçün ilk zərbə dil birliyinə vuruldu. Cəfəroğlu yazır: “Bolşeviklər bir tərəfdən iki qardaş və həmsərhəd ölkə arasındakı dil vəhdətini pozmağa çalışarkən, o biri tərəfdən də Rusiyada yaşayan türkləri bir-birlərindən və tarixlərindən ayırmaq üçün dərhal latın əlifbasının tətbiqinə girişdilər”.[4] Onun fikrincə, nəticədə bolşeviklər istəklərinə çatıdlar: iki qardaş türk xalqı bir-birlərinin yazılarını və kitabalrını oxumayacaq duruma gətirildi. Türklər dil və siyasi birlik baxımından müxtəlif cərəyanlara ayrıldılar.
Ancaq bolşeviklər bu yolla türk dil və türk birliyinin süqutuna çalışarkən Türkiyə Cümhuriyyətinin də latın əlifbasına keçməsi vəziyyəti dəyişdi. Bununla da yenidlən türk birliyi ideyası gücləndi. Bolşeviklər və b. güman edirdilər ki, Türkiyə bir çox səbəblərə görə (islam dini və s.) heç bir zaman ərəb əlibasından imtina etməyəcək. Bunula da Rusiya türkləri Türkiyə türklərindən bütün sahələrdə (mədəniyyət, dil, əlifba və s.) bir-birlərindən fərqli yol tutmuş olacaqlar. Ən əsası əsarət altındakı Rusiya türkləri heç vaxt Türkiyə türkldərindən mənəvi qida ala bilməyəcəklər. Ancaq Türkiyənin latın əlifbasına keçməsi ilə bolşeviklər əvvəlcə Türkiyədə və Sovet Rusiyasında nəşr olunan qəzet və kitabların bir-birlərinə çatdırılması ilə bağlı qərar qəbul etsə də, bunun sonralar faydasız olduğunu anlayaraq rus-kiril əlifbasına keçməklə bağlı qərar qəbul etdi.
Əhməd Cəfəroğlu Azərbaycan türk ədəbiyyatını qısaca olaraq azəri ədəbiyyatı[1] adlandırır. Bu mənada “azəri türk teatrı”, “azəri türk ədəbiyyatı”, “azəri türk mədəniyyəti” ilə yanaşı, o, “azəri şeiri”, “azəri ədəbi mühiti”, “azəri mətbuatı” və bu kimi anlayışlardan da istifadə edir. Halbuki istər o dövrdə, istərsə hazırda bu anlayışlar, məlum səbəblərə görə Azərbaycanda və ondan kənarda birmənalı qarşılanmır. Bu baxımdan, ən doğru seçim “Azərbaycan Türk ədəbiyyatı”, “Azərbaycan Türk dili”, “Azərbaycan Türk şeiri”dir. Burada “Azərbaycan”, “azəri” anlayışları isə sadəcə olaraq, Azərbaycan türklərini başqa türklərdən (Anadolu, Türküstan, Krım və b.) fərləndirmək üçündür. Hər halda Ə.Cəfəroğlu özü də qeyd edir ki, Azərbaycan Cümhuriyyəti bolşeviklər tərəfindən işğal edildikdən sonra “dünyagörüşünün tam dəyişdirilməsi ilə bağlı tarix, dil və ədəbiyyat anlayışları da Moskvanın əmri ilə onun işinə yarayan bir şəklə salınmış, bu bölgə süni surətdə türk dünyasından qoparılaraq “Azərbaycan xalqı”, “Azərbaycan dili”, “Azərbaycan ədəbiyyatı” kimi yanlış ifadələrin müasir dövrdə insanların düşüncə tərzinə yerləşdirilməsinə səy göstərilmişdir”.[2] Fikrimizcə, müstəqillik dövrümüzdə bu məsələ hələ də ciddi problem olaraq qalır və bu anlayışlardan istifadə edərkən “türk” məfhumuna müraciət etmək zəruridir. Məsələn, ən azı “Azərbaycan ədəbiyyatı” ilə yanaşı, “Azərbaycan Türk ədəbiyyatı” anlayışı da işlədilməlidir.
Beləliklə, bu gün çarizmin və bolşevizmin bizə “miras” qoyub getdiyi bir çox “adət-ənənələr” var ki, xalqımız sözün həqiqi mənasında ondan qurtula bilmiş deyildir. Bu ən çox özünü dilmizdə, mədəniyyətimizdə, ədəbiyyatmızda bir sözlə, həyatımızın bütün vacib sahələrində ortaya qoyur. Çox təəssüflər olsun ki, bir çox ziyalılarımız bir çox obyektiv və subyektiv səbəblərə görə bunu anlmaqnda zorluq çəkir, çarizm və bolşevizmin əsil üzünü görmək əvəzinə orada müsbət meyarlar axtarırlar. Əlbəttə, biz keçmişə aid bütün məsələlərə destruktiv yanaşmanın əleyhinəyik. Ancaq bütün bunlara baxmayaraq çarizm və bolşevizm dövründə xalq arasında yaranan “Rusiya və rus düşmənçiliyi”ni təsadüfi də saymaq mümkün deyildir. Azərbaycan türkləri onun istiqlaliyyətini (Azərbaycan Türk Xanlıqları və Azərbaycan Cümhuriyyəti) əlindən alan və bütün sahələrdə ona qarşı düşmən münasibət bəsləyən rus siyasətinə başqa cür yanaşa da bilməzdi. Bu baxımdan Cəfəroğlu doğru qeyd edir ki, hələ 19-cu əsrdə “Rusiya və rus düşmənçiliyi beləcə şüurlu şəkildə azəri şairləri arasında geniş yayılmışdı”. [3]
[1] Yenə orada, s.116
[2] Yenə orada, s.116
[3] Yenə orada, s.212
[1] Yenə orada, s.299
[2] Yenə orada, s.300
[3] Yenə orada, s.300
[4] Yenə orada, s.301