Avropa İttifaqından Rusiyaya SANKSİYA TƏHDİDİ

Avropa İttifaqından Rusiyaya SANKSİYA TƏHDİDİ

Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Rusiyaya qarşı sanksiyaların tətbiq olunmasını təklif edəcək.

Bu barədə C. Borrell Avropa Parlamentinin plenar iclasında çıxışı zamanı bildirib.

“Bu məsələləri fevralın 22-də Aİ xarici işlər nazirləri şurasının iclasında, daha sonra mart ayında keçiriləcək zirvədə müzakirə edəcəyik. Bu iclaslarda növbəti addımlar barədə qərarlar veriləcək. Sanksiyaların müzakirələrə daxil edilməsi düzgün olardı. Aİ-nin Xarici və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi kimi təşəbbüs hüququmdan istifadə edərək konkret təkliflər verəcəyəm”, – deyə C. Borrell vurğulayıb.

Xatırladaq ki, Aİ-nin Ali Nümayəndəsi 4-6 fevral tarixlərində Rusiyada səfərdə olub (APA).

Paylaş:

Share