26 Fevral 2021 11:27

Ermənilər Rusiyanın çöküşünə hazırlaşır: “artsaxlar ssenarisi”…

Ermənilər SSRİ-nin dağılması dövründə olduğu kimi, maksimum fayda əldə etmək üçün Rusiyanın parçalanmasına hazırlaşırlar.

Bunu Axar.az-a açıqlamasında gürcü əsilli ukraynalı politoloq Vladimir Çxvediani ermənilərin Rusiyanın iki şəhəri üçün muxtariyyət tələb etməsini və Abxaziyanı da erməniləşdirmək istəyini şərh edərkən deyib.

Həmsöhbətimizin sözlərinə görə, keçmiş və qondarma “dqr”də erməni millətçiləri SSRİ-nin dağılmasına necə hazırlaşırdılarsa, indi də Rusiyanın parçalanmasına hazırlaşırlar.

“Rusiyanın çöküşü zamanı yalnız nəzarət altında olan separatçı Abxaziyaya deyil, eyni zamanda rus torpaqlarında da “muxtariyyətə” sahib olmaq istəyirlər. Sonradan bu “muxtariyyətlər” “müstəqil erməni dövləti” elan edilib, “böyük Ermənistan”a birləşməlidir. Eyni ilə “artsax” ssenarisi…” – politoloq deyib.

Çxvediani vurğulayıb ki, “xristian-qardaş ermənilər”, görünür, artıq Gürcüstanı və gürcüləri hesabdan siliblər.

Paylaş: