Rusiyadan yeni ballistik raketlər: “ABŞ-ı vura bilər” – “Rənglər” tündləşir!

Rusiyadan yeni ballistik raketlər: “ABŞ-ı vura bilər” – “Rənglər” tündləşir!

Rusiya xarici işlər naziri Sergey Lavrov “Solovyov.Live” Youtube kanalına müsahibəsində maraqlı məqamlara toxunub. O, həmçinin ABŞ-la münasibətlərdən danışıb. Nazir deyib: “Co Baydenin dövründə ABŞ və Rusiya bir çox mövcud problemlə bağlı çətin ki, razılığa gəlsinlər. Lakin dialoqu davam etdirmək lazımdır, o cümlədən strateji sabitlik sahəsində…” Rusiya XİN başçısı, həmçinin ABŞ-ın yeni dövlət katibi Entoni Blinkenlə fevral ayının əvvəlində baş tutan ilk danışığını normal qiymətləndirib: “Məncə, normal danışıq idi. Razılığa gəldik ki, çoxlu problemimiz var».

Görünür, “iki qoçun başı bir qazanda qaynamaz” misalı heç də əbəs deyilmş. Biz bunu dünya ölkələrinin timsalında da görürük.

Turkustan.info xəbər verir ki, Politoloq Natiq Miri Rusiya- ABŞ münasibətlərinə dair “Sherg.az”a danışarkən Lavrovun fikirlərini təsdiqlədi:

“Baydenin Ukrayna ilə əlaqələri məlumdur. Və sirr deyil ki, ABŞ-ın yeni prezidenti Ukraynanın torpaqlarını işğal edən Rusiyaya qarşı sanksiyaları davam etdirəcək. İkinci bir tərəfdən hər iki dövlətin maraqları Suriya və Liviyada toqquşur. ABŞ dövlət katibi türk və rus qoşunlarının Suriyadan təcili çıxmasını tələb edir.

Həmçinin Kremlin Qara dəniz bölgəsində hegemonluğunu təmin etmək istəyi münasibətləri daha da ziddiyətləşdirir. Onu da deyim ki, Rusiyanın havadan müdafiə sistemlərini ABŞ-ın strateji müttəfiqlərinə satması onu daha çox narahat edir. NATO üzvü olan Türkiyə S-400-ün ikinci partiyasını almaq üçün ruslarla danışıqlar aparır. Çünki S-400 F-35-i kölgədə qoya bilər”.

N.Miri, həmçinin münasibətə təsir göstərən başqa məqamları da sadaladı:

“Bildiyiniz kim, Rusiyada yeni ballistik raketlər istehsal olunur. Həmin silahlarla ABŞ-ın istənilən nöqtəsini vurmaq mümkündür. Şübhəsiz ki, həm bu, həm də Rusiya – Çin birliyi Bayden administrasiyasını narahat edir.

Ona görə də Rusiyada siyasi hakimiyyətin dəyişilməsinə çalışılacaq. ABŞ Navalninini dəstəkləyir və bunun üçün Rusiya siyasi hakimiyyətinə sanksiyalar tətbiq edir. Hətta Rusiya daxilində ictimai-siyasi vəziyyəti dəyişdirmək üçün ABŞ ciddi fəaliyyətə başlaya bilər.

Kremli indi daha mürəkkəb münasibətlər gözləyir. Bütün bunları isə Lavrov yaxşı görür”.

 

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al