26 Fevral 2021 10:52

Üçüncü dalğanın astanasındayıq – Türkiyəli həkim

Türkiyəli həkim infeksionist Bülənd Ərtoğrul üçüncü dalğanın astanasında olduğumuzu bildirib.

Turkustan.info Medicina.az-a istinadən xəbər verir ki, həkim bunun üçün uyğun tədbirlər görməli olduğumuzu da deyib:

“Önümüzdəki həftələrdə mutasiya olunmuş virusun qarşısını almasaq, daha da artacaq. Bundan sonra isə üçüncü dalğa başlaya bilər. Ona görə də xəstəlikdən qorunmaq üçün qadağalar çox önəmlidir. Ümumiyyətlə, xəstəliyin qarşısını almaq üçün iki yol var: qadağa və peyvənd. Təəssüf ki, peyvənd olunanların sayı çox aşağıdır. Bunu artırmağın yolunu tapmalı, daha çox təbliğat işləri aparmalıyıq”.

Paylaş: