26 Fevral 2021 10:29

ABŞ səfiri XİN-ə çağırıldı – Türkiyədə KRİTİK GƏLİŞMƏ

ABŞ-ın Türkiyədəki səfiri David Satterfield bu gün Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Turkustan.info xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Bildirilib ki, İraqın şimalında PKK terror təşkilatı tərəfindən 13 Türkiyə vətəndaşının qətlə yetirilməsi ilə bağlı ABŞ tərəfinin reaksiyasına dair irad diplomatın diqqətinə çatdırılıb.

PKK girov götürdüyü 13 Türkiyə vətəndaşını İraqın quzeyindəki mağarada 2 gün öncə qətlə yetirib. Avropa dövlətləri yenə də sükut içərisindədir. Terror təşkilatının növbəti vəhşiliyi ilə bağlı rəsmi Ankaraya başsağlığı verməyə ehtiyac görməyiblər. PKK-nın üzərində xüsusi “haqqı” olan və son illər Türkiyə ilə münasibətləri inkişaf etdirən Rusiya da Ankaraya başsağlığı mesajı verməyib.
ABŞ Dövlət Departementinin sözçüsü Ned Price isə bildirib ki, “əgər bu qətliamın səbəbkarının PKK olduğunu dəqiqləşdirə bilsək hadisəni ən sərt şəkildə qınayacağıq”.
Jurnalsit Elməddin Behbudun fikrincə, bu bir daha onu göstərir ki, həm Qərbin, həm də Rusiya PKK-ya rəğbət bəsləyir və onlar regiondakı maraqlarının təminatı, həmçinin güclənən və böyüyən Türkiyənin qarşısında sipər çəkmək üçün uzun illərdir “effektiv” alət kimi istifadə etdikləri bu terrorçu təşkilatın qətliamlarına göz yummaqdan çəkinmirlər: “Təbii ki bunlar Türkiyə üçün bu sürpriz deyil. Türkiyə prezidenti R.T.Ərdoğanın bugünkü çıxışında bildirdiyi fikirlər onu göstərir ki, qardaş dövlət pkk terror təşkilatı və digər terorçularla mübarizədə ironik terminlərə çevrilməkdə olan “beynəlxalq hüquq”, “ədalət”, “insan haqları” və s. deyil, bütün mənalarda öz gücünə arxalanır: “Ordumuzun zaman və məkan sərhədi tanımadan ölkəmizin ehtiyac duyduğu, millətimizin təhlükəsizliyi üçün vacib olan hər hərəkatı öz imkanları ilə reallaşdıracaq səviyyəyə çatması ilə qürur duyuruq. Hər ötən il daha da inkişaf edən təchizatı, texnologiyası və insan gücü ilə Türk Ordusunun qarşısında dura biləcək terror qruplaşması yoxdur”.

Paylaş: