İraqın şimalındakı Qara bölgəsində Türkiyə vətəndaşlarına qarşı terror hücumu ilə bağlı Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdıralı bəyanatla çıxış edib.
Bəyanatda deyilir:
Beynəlxlaq Türk Akademiyası və öz adından İraqın şimalında PKK terrorçuları tərəfindən 13 Türkiyə vətəndaşının xaincəsinə öldürülməsini qınayır və lənətləyirəm.
Allah bu alçaq hücumda həyatını itirən şəhidlərə rəhmət eləsin, qohumlarına qardaş Türkiyə xalqına baş sağlığı versin, yaralılara tez sağalmağı arzu edirəm.
Darhan Qıdıralı
Beynəlxalq Türkiyə Akademiyasının prezidenti