26 Fevral 2021 10:04

Ermənistan müxalifətinin lideri xalqı meydanlara səslədi

Ermənistan müxalifətinin baş nazir postuna vahid namizədi Vazgen Manukyan yeni görüşlərə başlayıb.

Turkustan.info xəbər verir ki, o bu gün Yerevanın Azadlıq meydanında saat 17:00-la 19:00 arasında xalqla görüşəcək.

Görüşdə insanların siyasi proseslərlə bağlı təklifləri və yaranmış vəziyyətə münasibəti müzakirə olunacaq.  /yenisabah.az/

Paylaş: