25 Fevral 2021 00:56

Qərb Qəzzafini buna görə devirdi

Liviyada 2011-ci ildəki etiraz aksiyaları və NATO-nun bu ölkəyə müdaxiləsi Qərb tərəfindən Liviyanın resurslarını nəzarət altına almaq üçün planlaşdırılmış aksiya idi.

Turkustan.info xəbər verir ki, bunu “RİA Novosti”yə müsahibəsində Liviyanın keçmiş lideri Müəmmər Qəzzafinin köməkçisi Musa İbrahim deyib. Onun sözlərinə görə, Liviya hakimiyyəti etirazın ilk günlərindən etibarən ölkəyə qarşı sui-qəsdin olduğunu bilirdi və bununla bağlı ərəb regionu, Afrikadakı dostlarına məlumat verib:

“Bu, Qərb ölkələrinin Liviyanın dağıdılması, onun neftinə sahib olub, strateji vəziyyətindən istifadə üçün planlaşdırılmış aksiyası idi. NATO-nun Liviya müdaxiləsinin başqa bir səbəbi Qəzzafinin Afrikanın Qərb hegemoniyasından azad olunması kursunu götürməsi idi. Qəzzafi Mərkəzi Afrika Bankı yaradıb, Afrikanı dünya maliyyə sistemindən azad etmək istəyirdi. Ölkə hakimiyyəti qitə üçün vahid qızıl valyutanın – afronun qəbuluna hazırlaşırdı ki, bu da dolları əvəz edəcəkdi”.   /Axar.az/

Paylaş: