25 Fevral 2021 01:06

Ermənistan itkilərinin növbəti siyahısını açıqladı: 100-dən çox…

Dağlıq Qarabağda Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilən erməni hərbçilərinin növbəti siyahısı açıqlanıb.

Turkustan.info xəbər verir ki, siyahıda 132 hərbçinin adı yer alıb.

Müharibədə zərərsizləşdirilən erməni hərbçilərinin ümumi sayı açıqlanmır.

13 noyabr – 15 fevral tarixləri arasında münaqişə zonasında aparılan axtarışlar zamanı 1379 hərbçinin cəsədlərinin qalıqları tapılıb.

21 yanvarda Ermənistanın səhiyyə naziri Anaxit Avanesyan jurnalistlərə verdiyi açıqlamada son məlumatlara görə, ölənlərin sayının 3450 nəfər olduğunu demişdi.

Qarabağ münaqişəsi zonasında məhv edilənlərin axtarışı davam edir. (publika.az)

Paylaş: