Rusiya İraqın Qara bölgəsində 13 Türkiyə vətəndaşının qətlə yetirilməsindən dolayı rəsmi Ankaraya başsağlığı verib.
Turkustan.info xəbər verir ki, bu barədə Rusiyanın Türkiyədəki səfirliyi Tvitter hesabında paylaşım edib.
“Terrorla mübarizədə Türkiyə ilə həmrəyik. Türk xalqının kədərinə şərikik. Şəhid olanların ailələri və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, – deyə səfir qeyd edib. /Axar.az/