26 Fevral 2021 11:30

Putin: “Rusiyanın suverenliyi qorunacaq”

Rusiya parlament seçkilərində xarici müdaxiləyə imkan verməyəcək.

Turkustan.info xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının fraksiya liderləri ilə görüşündə bildirib.

“Biz xalqın bu seçimini hər cür xarici müdaxilə cəhdlərindən qorumağa borcluyuq. Biz Rusiyanın suverenliyinə zərbə vurulmasına imkan verə bilmərik və verməyəcəyik ”, – deyə Rusiya dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, bu ilin payızında Rusiyada Dövlət Dumasına seçkilər keçiriləcək. (APA)

Paylaş: