Ramzan Kadırovun oğlu prezident seçildi – VİDEO

Ramzan Kadırovun oğlu prezident seçildi – VİDEO

Çeçenistanın ölkə başçısı Ramzan Kadırovun oğlu Adəm iştirak etdiyi ilk seçkilərdə qalib gəlib. O, respublikanın ilk Prezidenti Axmat Kadırov adına Təhsil Mərkəzində tələbə özünüidarəsinin prezidenti seçilib.

Turkustan.info lenta.ru-ya istinadən xəbər verir ki, regionun rəhbəri bu barədə “VKontakte” səhifəsində bildirilib.

Məlumata görə, kampaniya – seçki komissiyasının bütün tənzimləmə prosedurlarına uyğun olaraq ciddi nəzarət altında təşkil edilib.

“Səsvermədə 3-11 sinif şagirdləri, müəllimlər və təhsil mərkəzinin rəhbərliyi iştirak edib. Adəm üç namizəd arasında seçicilərin mütləq əksəriyyətinin (81,7 %) səsini toplayıb”, – deyə bildirilir.

Çeçenistan rəhbəri oğlunun birinci sinifdən məktəbin ictimai həyatında fəal iştirak etdiyini, idman uğurlarına sahib olduğunu və çox gənc yaşlarında Qurani hafiz olduğunu (Quranı əzbərdən bilən) qeyd edib.

Qeyd edək ki, 2019-cu ilin may ayında Adam Kadırov məşhur türk serialı “Diriliş Ertuğrul”un çəkilişlərində də iştirak edib.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al