Ərdoğan: “Qarabağ savaşında Türk dünyasının 300 milyonluq bir ailə olduğunu gördük”

Ərdoğan: “Qarabağ savaşında Türk dünyasının 300 milyonluq bir ailə olduğunu gördük”

“Türk dünyası olaraq ötən müddətdə koronavirus pandemiyasına görə aralarında dostlarımızın, sevdiklərimizin də olduğu bir çox insanın itkisini yaşadıq. Amma bununla belə 30 illik işğaldan sonra Dağlıq Qarabağın təkrar ana vətənlə qucaqlaşmasının sevincini də ürəklərimizdə hiss etdik”.

Bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankarada keçirilən Türk Dünyası Meteorologiya Forumunun iştirakçılarına ünvanladığı məktubda əksini tapıb.

Ərdoğan 44 günlük Vətən müharibəsində əldə edilən qələbəyə görə Azərbaycan xalqını təbrik edib: “Həm Dağlıq Qarabağ müharibəsi, həm də pandemiya dövründə yaşadıqlarımız hərbidən diplomatiyaya, səhiyyədən kənd təsərrüfatına, turizmdən enerjiyə qədər hər sahədə türk dünyasının birlik, bərabərlik və həmrəyliyinin əhəmiyyətini göstərdi. Eyni dildə danışan, eyni dinə inanan, tarixi bir, mədəniyyəti bir, 300 milyonluq çox böyük bir ailə olduğumuzu təkrar gördük. Qarşıdakı müddətdə bu bağları gücləndirmək, aramızdakı əməkdaşlığı daha da inkişaf etdirməliyik” (APA).

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al