26 Fevral 2021 11:25

ABŞ hərbçiləri niyə koronavirusa qarşı peyvənddən imtina ediblər?

ABŞ-da yarım milyon hərbçi koronavirusa qarşı vaksinasiyadan imtina edib.

Pentaqon xəbər verir ki, hərbçilərin 1/3-i peyvənd vurdurmaq istəməyib.

“Pfizer” və “Moderna”nın koronavirusun bütün ştammlarına qarşı effektli olmadığı məlumdur. Məsələn, həmin dərmanlar COVID-19-un “Afrika ştammı”na zəif təsir göstərir.

Hələlik bu peyvəndlər ABŞ-da yalnız təcili istifadə üçün təsdiqlənib. Onlar yekun təsdiqini tapandan sonra hərbçilərin vaksinasiyası davam etdiriləcək. (oxu.az)

Paylaş: