O, yenidən dünyanın ən varlı insanı oldu

O, yenidən dünyanın ən varlı insanı oldu

“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask yenidən dünyanın ən varlı insanı oldu.

Turkustan.info Trend-ə istinadən xəbər verir ki, hazırda İ.Maskın sərvəti 199,9 milyard dollar təşkil edir.

Məlumata əsasən, amerikalı sahibkarın sərvətinin artmasına “SpaceX”in qiymətli kağızların növbəti dəfə yerləşdirilməsindən sonra şirkətin təxminən 850 milyon dollar gəlir əldə etməsi səbəb olub. “SpaceX” şirkətinin ümumi dəyəri 74 milyard dollara yüksəlib.

Bildirilir ki, sərvətinin artması hesabına İ.Mask “Amazon” korporasiyasının rəhbəri Ceff Bezosu (194,2 milyard dollar) yenidən geridə qoyaraq dünyanın ən varlı insanları siyahısında birinci pilləyə yüksəlib.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al