Putin hansı Xaç yürüşündən danışır? – Pravoslavların ən ağır tarixi…

Putin hansı Xaç yürüşündən danışır? – Pravoslavların ən ağır tarixi…

Xəbər verdiyimiz kimi, Vladimir Putinlə Liberal Demokrat partiyasının türkoloq lideri Vladimir Jirinovski arasında maraqlı dialoq olub. Jirinovski ortodoks, yəni Konstantinopoldan danışaraq deyib ki, türklər 1453-cü ildə Konstantinopolu, her şeyi ələ keçirdilər, hər şey dağıldı və biz tək qaldıq.

Buna cavab olaraq Putin 1453-dən tənminən 250 il əvvəl baş vermiş Xaç yürüşünü yada salıb: “Əlbəttə, Türkiyə daxil, Şərq məsələsində savadlı alimsiniz. Şərqdən türklər gəldi, Ortodoks imperatorluğunu yıxdı deyirsiniz. Amma çox yaxşı bilirsiniz ki, Şərqdən türklər gəlməzdən əvvəl Qərbdən səlibçilər gəldi, bu da Ortodoks imperatorluğunu zəiflətdi. Daha sonra isə son zərbələr endirildi və ələ keçirildi. Bu tarixi hadisəni əsla unutmamalıyıq”.

Putinin bu cavabı əslində məsələyə tam obyektiv şərh hesab oluna bilər. Bəs Rusiya lideri hansı Xaç yürüşündən danışır? “Yeni Sabah” ictimai marağı nəzərə alaraq Putinin işarə etdiyi ortadokslar üçün böyük faciə hesab olunan həmin yürüş haqda məlumatı oxucularına təqdim edir:

Bildirək ki, Dördüncü xaç yürüşü 1199-1204-cü illəri əhatə edib. Ümumilikdə, 8 Xaç yürüşü olub ki, bu da fasilələrlə 1095-1270-ci illərdə olub.

1199-cu ildə Roma papası III İnnokenti İsa Məsihin məzarını “kafirlər”dən təmizləmək şüarı altında yeni xaç yürüşünün başlandığını elan etdi. Qərbi Avropanın iri zadəganları öz qüvvələrini səfərbər etməyə başladılar.

Qısa müddət ərzində iki yüz min nəfərə xaç verməyi bacaran III İnnokenti Sampagne və Boluva krallıqlarını da xaçlı səfərlərinə təşviq etdi. Xaçlıların yeganə qayəsi Misir müsəlmanlarına hücum etmək idi.

Lakin sonrakı proseslər IV Xaç yürüşünü müsəlmanlara qarşı deyil, katoliklərin düşmən və kafir gözü ilə baxdıqları pravoslav Bizans İmperiyasına və onun paytaxtı Konstantinopola qarşı oldu.

Xaçlılar Venediktə toplanmışdı. Venedik və bütün qərb xristianları Bizansla düşmən idi. Öz gücünün yüksəlməsini istəyən Venedik senatlığı Bizansı zəiflətmək üçün xaçlıları Konstantinopola doğru yönəltdi.

Həmin ərəfədə İstanbulda üsyan edən III Aleksios imperator İsakı taxtdan salıb gözlərini kor etdikdən sonra oğlu Aleksios ilə birlikdə həbs etdirdi. Həbsdən qaçan Aleksios əvvəlcə papa III İnnokentidən, sonra isə qohumu olan Alman imperatoru Filipdən yardım istədi. Bundan əlavə hakimiyyəti geri qaytara bilərsə, xaçlılara da iki yüz min alman pulu və on min əsgər verəcəyini vəd etdi. O həmçinin ortadoks kilsəsi ilə katolik kilsəsini birləşdirəcəyini də bildirdi.

Bunu fürsət bilən Venedik senatlığı Misirə gedəcək Xaçlıları İstanbul üzərinə yönəltdi. 1203-cü ildə İstanbula daxil olan xaçlılar III Aleksiosu məğlub edərək şəhəri və onun xəzinələrini ələ keçirdilər. Gözləri kor edilən İsak həbsdən azad edilərək oğlu IV Aleksios ilə birlikdə imperator elan edildi. Lakin xaçlılara verdiyi vədi yerinə yetirməyən Aleksios çətinliklə üzləşmişdi. Onun ölümündən sonra Bizanslılar  Serb  kralı  Stepan  ilə  evlənmiş  Eudokiyanın həyat yoldaşını özlərinə imperator seçmişlər. Yeni imperator xaçlıların səkkiz gün ərzində şəhəri tərk etmələri barədə sərancam  imzaladı. Buna əhəmiyyət verməyən xaçlılar 1204-cü ilin 13 aprelində  İstanbulu zəbt edərək Venedik senatlığına  təslim etdilər.

Üç günlük talandan sonra İstanbulda “Konstantinopol Latın İmperatorluğu” quruldu və Flandre kralı Baodini yeni krallığın imperatoru təyin edildi.

IV Xaç yürüşü bu gün də ortadokslar tərəfindən ağrı ilə xatırlanmaqdadır. Çünki Konstantinopol xaçlılar tərəfindən tutulduqdan sonra şəhərdə iki dəfə böyük yanğın törətdilər. Şəhərin böyük hissəsi yandırıldı. Şəhər tam şəkildə talan edilmişdi.  Yenisabah.az bildirir ki, həmin hadisəni avropalı tarixçilər belə təsvir etmişdi:

“İstanbul üçün əsas faciə şəhərin tutulmasından bir gün sonra başladı.Venediklilər və Xaçlılar o zamankı savaş hüququna uyğun olaraq 3 gün şəhəri talan etdilər. Şəhərin altını üstünə gətirdilər, xalqa böyük əziyyət verdilər.

Onlar Avropanın ən böyük şərhəri ilə müqayisə edilməyəcək bir yağmalama apardılar. Bu proses qətillər, təcavüzlə müşahidə olunurdu. Elə bir talan aparıldı ki, Romanı və digər torpaqlarını işğal edən Vandallar və Qotlar bunu görsəydi, gözlərinə inanmazlardı.

İstanbul antik dönəmdən qalma açıq muzey idi. Amma xaçlılar şəhəri amansızca talan edirdi. Yarı Bizanslı olan Venediklilər ələ keçirdikləri sərvəti saxlayırdı. Fransızlar, flamanlar, almanlar isə ələ keçirdiklərin məhv edirdi.

Onlar bu talanlara yalnız şərab içmək, pravoslav rahibələrə təcavüz etmək, pravoslav kahinləri və rahibləri öldürdükləri zaman ara verirdilər. Katolik Xaçlılar dövrün ən əhəmiyyətli və ən gözəl kilsəsi olan Ayasofyanın müqəddəsliyini çirkləndirərək Pravoslav Bizanslara qarşı ən qeyri-adi münasibətlərini nümayiş etdirdilər. Katedraldə tapılan bütün gümüş nişanları və rəsmləri, həmçinin kafedraldakı bütün müqəddəs kitabları yandırdılar və məhv etdilər.

Ayasofyanın mərasim fincanlarını şərab badəsi kimi istifadə etdilər, kafedralda patriarxın taxtına bir fahişə qoydular, onu mahnı oxumağa məcbur etdilər. Xaçlılar 200 il əvvəl Pravoslav Kilsəsinin Katolik Kilsəsindən ayrılmasının intiqamını aldıqlarını bildirirdilər.

Bizanslılar özləri etiraf edirdi ki, Səlcuq türkləri şəhəri ələ keçirsəydilər, səlibçilər qədər qəddar olmazdılar”.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al