Rusiya razılaşsa, Ermənistan quberniya olacaq – Tevanyan

Rusiya razılaşsa, Ermənistan quberniya olacaq – Tevanyan

Ermənistan 33 il əvvələ, başlanğıc nöqtəsinə qayıdıb.

Turkustan.info xəbər verir ki, sözləri öz Feysbuk səhifəsində “Politekonomiya” Tədqiqatlar İnstitutunun rəhbəri Andranik Tevanyan paylaşıb.

“Ermənistan Rusiya faktoru ucbatından dünyanın siyasi xəritəsində qalmağa davam edir. Hər şey belə davam edə bilməz. Ən yaxşı halda aylarımız qalıb. Ona görə ki, geri dönülməsi mümkün olmayan şeylər olacaq. Onlar artıq baş verir. Yekunda ya biz satış predmetinə çevriləcəyik, ya da bizi işğal edəcəklər. Onların hakimiyyətdə qalması (Mənim Addımım Bloku – red.) o deməkdir ki, Ermənistan vilayətə çevrilir. Ən yaxşı halda Rusiya quberniyası ola bilər. Burada böyük sual odur ki, Moskva üzərinə bu yükü götürmək istəyəcəkmi?” – deyə o bildirib.

Qeyd edək ki, bu gün Ermənistan 1988-ci il 20 fevralda başlayan terrorçu-separatçı hərəkatın 33-cü ilini dərin qüssə və kədər içində “qeyd edir”. (axar.az)

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al