26 Fevral 2021 10:30

Şovinist təklif: Ad türkcədir, “İvan” olsun – Prezidentə məktub

Bolqarıstanın radikal sağçı Milli Qurtuluş Cəbhəsi Partiyası Prezident Rumen Radevə Balkan yarımadasının ən yüksək dağ zirvəsi olan Musallanın adının dəyişdirilməsi üçün məktub göndərib.

Turkustan.info xəbər verir ki, məktubda zirvənin adının türkcə olduğu və Osmanlı dövründən bəri ölkədə çox sayda türk və ərəb adının qaldığı bildirilib.

Bir çox yer adalarının milliləşdirilməsi prosesinin davam etdiyi vurğulanan məktubda zirvənin “Müqəddəs İvan Rilski” adlandırılması istənilib.

Musalla adının “Allah yolu”, “Allaha gedən yol” və “Allaha yaxın” mənalarını verdiyi bildirilib.  /teleqraf.com/

Paylaş: