Türkiyə ilə S-400-lərə görə danışıqlar… – Rusiya

Türkiyə ilə S-400 hava hücumundan müdafiə sisteminin əlavə partiyasının tədarükü haqqında danışıqlar dondurulmayıb.
Turkustan.info xəbər verir ki, bunu “Rosoboroneksport”un rəhbəri Aleksandr Mixeyev deyib.
“S-400-ün tədarüküylə bağlı heç bir dondurulmuş danışıqlar yoxdur və olmayıb”, – deyə o bildirib. /axar.az/