25 Fevral 2021 08:26

Azərbaycanda BU GÜN: Yoluxma sağalmanı üstələdi – RƏSMİ

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 142 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Turkustan.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3  nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 233 129 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 227 761 nəfər müalicə olunaraq sağalıb, 3 198 nəfər vəfat edib, aktiv xəstə sayı 2170 nəfərdir.

Paylaş: