25 Fevral 2021 09:16

Azərbaycan Qarabağda ermənilərə qadağa qoydu

Dağlıq Qarabağda son döyüş əməliyyatları zonasında itkin düşənlərin və ölən hərbçilərin qalıqlarının axtarışı qeyri-müəyyən müddətə dayandırılıb.

Turkustan.info xəbər verir ki, bölgədə 15 fevraldan bəri heç bir kəşfiyyat işi aparılmadığı qeyd olunur.

Bildirilib ki, Azərbaycan tərəfi Qarabağ ətrafındakı yaşayış məntəqələrində axtarış işlərini qadağan edib. Ermənilərə qadağa ilə bağlı detallı açıqlama verməyə lüzum görülməyib.

Xatırladaq ki, münaqişə zonasında atəşkəsin bərqərar olmasından sonra başlayan axtarış zamanı 1485 hərbçinin cəsədləri və qalıqları tapılıb. (publika.az)

Paylaş: